Sizin Reklam Burada
Xəbər lenti
15-07-2025
14-07-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda universitetdə xlorla dezinfeksiya: "İşçilər az qala boğulacaq"

Tarix: 03-03-2020 15:44     Baxış: 3211 A- / A+
Azərbaycanda universitetdə xlorla dezinfeksiya: "İşçilər az qala boğulacaq"

"İşçilər xlor qoxusundan az qala boğulacaqlar".

Manevr.az xəbər verir ki, bunu Lənkəran Dövlət Universitetinin əməkdaşları qafqazinfo-ya müraciətində bildirib.

Onların sözlərinə görə, koronavirusla bağlı universitetdə dezinfeksiya işləri görülən zaman köməkçi və texniki heyət universitetdə saxlanılıb.

Belə olan halda laborantlar, kargüzarlıq şöbəsinin əməkdaşları universitetdə nəfəs almaqda çətinlik çəkdiklərini qeyd edib.

Qafqazinfo məsələ ilə bağlı universitetlə əlaqə saxlayıb.

Təhsil müəssisəsinin mətbuat katibi Esmira İsmayılova bildirib ki, tapşırığa əsasən, universitetin bütün tədris korpuslarında dezinfeksiya işləri, əsasən, şənbə-bazar günləri aparılır. Həftəiçi isə tibbi-profilaktik tədbirlər həyata keçirilir:

"Qərara əsasən, müəssisədə təlim-tərbiyə prosesi müvəqqəti dayandırılıb. Ancaq bu gün qeyri-iş günü olmadığından bəzi işçilər, məsələn, mühasibatlıq, hansısa kafedranın laborantı, elə özüm də müəyyən müddətlik iş başındayıq.

Bu, o demək deyil ki, həmin şəxslər axşama kimi universitetdə olacaq. İşini bitirən hər kəs çıxa bilər".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar