Sizin Reklam Burada
Xəbər lenti
18 sentyabr
17 sentyabr
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda nə qədər məhkum ömürlük həbs cəzası alıb?

Tarix: 08-09-2019 11:31     Baxış: 362 A- / A+
Azərbaycanda nə qədər məhkum ömürlük həbs cəzası alıb?


"Hazırda Azərbaycanda 300 nəfərə yaxın ömürlük azadlıqdan məhrum edilən şəxs var”.

Manevr.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirib.

Ə.Nuriyev qeyd edib ki, hər il ərzində bir neçə nəfər ömürlük azadlıqdan məhrumetmə cəzası alır:

"Bu cəzaya layiq görülənlər ağır, xüsusilə ağır cinayət törətmiş, dövlətə xəyanət edən, terrorçuluq fəaliyyətilə məşğul olan şəxslərdir. Ömürlük məhkumların sayı bütün cinayət etmiş şəxslərin sayından çox azdır. Ölkədə cəzanın humanistləşdirilməsilə bağlı atılan addımlar da burada təsiredici qüvvəyə malikdir. Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə bu cür cəzaların təyini mümkündür və edilir. Kimsə terrorizmlə məşğuldursa, iki və daha çox şəxsin ölümünə səbəb olubsa, onun da ömürlük azadlıqdan məhrum edilməsi mümkündür”.

Rəsmi statsitikaya görə, Azərbaycanda 1998-ci ildə 9 nəfər, 1999-cu ildə 14 nəfər, 2000-ci ildə 23 nəfər, 2001-ci ildə 19 nəfər, 2002-ci ildə 23 nəfər, 2003-cü ildə 21 nəfər, 2004-cü ildə 20 nəfər, 2005-ci ildə 13 nəfər, 2006-cı ildə 9 nəfər, 2007-ci ildə 18 nəfər, 2009-cu ildə 12 nəfər, 2010-cu ildə 15 nəfər, 2011-ci ildə 4 nəfər, 2012-ci ildə 9 nəfər, 2013-cü ildə 15 nəfər, 2014-cü ildə 13 nəfər, 2015-ci ildə 4 nəfər, 2016-cı ildə 10 nəfər, 2017-ci ildə 5 nəfər ömürlük azadlıqdan məhrum edilib. 2018-ci ildə isə 7 nəfər ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda, dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.

Ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən 18 yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək 65 yaşına çatmış kişilərə təyin edilmir.

Məhkəmə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrumetmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar