Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Sumqayıt hadisələri ilə bağlı BMT-yə sənəd təqdim etdi

Tarix: 12-03-2020 15:33     Baxış: 4218 A- / A+
Azərbaycan Sumqayıt hadisələri ilə bağlı BMT-yə sənəd təqdim etdi

Azərbaycan hökuməti 1988-ci il fevral ayında Sumqayıt şəhərində baş verən hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasına sənəd təqdim edib.
Manevr.az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.

Sənəddə vurğulanıb ki, rəsmi araşdırma 1988-ci ilin fevral ayında cərəyan edən hadisələrin erməni ekstrimist təşkilatları tərəfindən Azərbaycanı nüfuzdan salmaq və Ermənistanın qeyri-qanuni işğalçı niyyətlərini ört-basdır etmək məqsədi ilə hazırlanıb həyata keçirildiyini təsdiqləyib.

Sənəddə 1988-ci ilin fevral ayında Sumqayıtda baş verən hadisələr, bundan sonra cərəyan edən olaylar, xüsusilə erməni separatçılarının bundan istifadə edərək Dağlıq Qarabağda törətdikləri qırğınlar, Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal olunmasından bəhs edilib.

Sənəd Azərbaycanın BMT-dəki daimi nümayəndəsi səfir Yaşar Əliyev tərəfindən BMT-nin Baş Assambleyasına təqdim edilib.

Qeyd edək ki, 1988-ci il 27-29 fevral tarixində Sumqayıtda həyata keçirilən qanlı ssenari nəticəsində 6-sı azərbaycanlı, 26-sı isə erməni olmaqla, ümumilikdə 32 Azərbaycan vətəndaşı qətlə yetirilib, yüzlərlə mənzil talan olunub, 50-dən artıq mədəni-məişət obyekti dağıdılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar