Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

İmmunitetlə bağlı bidiklərimiz hamısı səhv imiş?

Tarix: 28-07-2019 22:56     Baxış: 3220 A- / A+
İmmunitetlə bağlı bidiklərimiz hamısı səhv imiş?


"Tank kimi zirehli geyinməyin mənası yoxdur. Soyuqda üşüyürsünüzsə, o heç. Amma immunitetə görə bunu etməyin".

Bu sözləri anestezioloq reanimatoloq Şahin Məmmədov immun sistemi haqqında doğru bilinən yanlışlar haqqında danışarkən deyib. Mütəxəssisin bu mövzuda sosial şəbəkədə paylaşdığı faydalı məlumatları təqdim edirik:

1. Normal immuniteti artırmaq olmur. Həm də nəyi artırırsan? İmmun sisteminin hansı hüceyrəsini? Hansı miqdarda? Məsələn, leykositoz olsa immunitet güclümü sayılır? Əgər hansısa immun hüceyrə sayı artarsa, zatən onlar özləri özünü məhv edir. Buna apoptoz deyilir. Hələ ki, alimlərə immun sisteminin leykosit və limfosit növlərinin hansı balansında yaxşı işlədiyi məlum deyil.

2. Hansısa bitki və xalq təbabəti üsulları ilə məsələn, sarımsaq, soğan, bal, doşab və s. vasitələrlə immuniteti yüksəltmək mümkün deyil. Hansı immun sistemi? Anadangəlmə immuniteti, məsələn, dəri. Dərini ikiqat edə bilərsiniz? Yox. Mədə turşuluğunu 2 qat turş edə bilərsinizmi? Etmək mümkün olsa, mədəyə daha da zərər verər. Yəni, internetdə hansısa məhsulun satılması üçün pulla satın alınmış professorların danışdıqlarına inanmayın. İmmuniteti bitki və s. ilə yüksəltmək mümkün deyil. Sarımsaq yeyib avtobusa və metroya minənlər yaxşı oxusun.

3. Əyninizi qalın etsəniz də, törədici sizi tapsa, xəstələnəcəksiniz. Tank kimi zirehli geyinməyin mənası yoxdur. Soyuqda üşüyürsünüzsə, o heç. Amma immunitetə görə bunu etməyin.

4. Həddən artıq idman etmək də immuniteti gücləndirmir, əksinə enerji tükəndiyi üçün zəifləyir.

5. Ciddi dieta saxlamaq və sürətlə arıqlamaq da sağlamlığa ziddir və immunitet düşür. Və bu zaman nə kömək edər? Dedik ki, immunitet normaldırsa, təbii yolla onu qaldıra bilməzsiniz. Amma immun sistemi xəstədirsə, onu müalicə etməyə çalışmalısınız.

İmmun sistemi xəstəlikləri aşağıdakılardır:

1. Anadangəlmə və qazanılma immun defisit sindromları. İmmun sisteminin bir və ya daha çox kompanentinin funksiyası pozulur, ya ümumiyyətlə olmur.

2. Allergik xəstəliklər.

3. Autoimmun xəstəlikləri. Öz toxumanıza qarşı patoloji immunitet.

İmmum sistemi qorumaq üçün tanınmış anestezioloq reanimatoloq çəkinin stabil saxlanmasının əhəmiyyətini vurğulayıb və bu mövzuda müasir elmi faktları sadalayıb:

1. Çəkini normal saxlamalısınız. Əgər çox arıqsınızsa və ya piylənməniz varsa, orqanizmdə bir çox problem ola bilər, o cümlədən immun sistemdə.

2. Orta dərəcəli aktivliklə məşğul olun. Periferik qan damarları genişləndirməyi və qanın hərəkət sürəti artdığı üçün immun hüceyrələr qanla bütün bədəni rahat gəzir və öz işlərini görə bilirlər. Həmçinin sauna bu mexanizmlə immunitetə müsbət təsirini verə bilər.

3. Ən vacibi stressden uzaq olmalısınız. Bu, mümkün olsa da, çətindir. İstər-istəməz nələrəsə əsəbiləşirik. İmmunitetiniz zəifdirsə, çəkiniz normaldırsa, deməli, immun sistem xəstəliyiniz yoxdur. Hətta idmana gedirsinizsə, bilin ki, immun sisteminizi əsəb aşağı salıb.

4. Bir yaxşı xəbər deyim ki, gülüş, yaxşı yuxu, öpüşmək, requlyar seks, xoş emosiyalar, insanlarla ünsiyyət stressi azaldır. Ünsiyyət qurmaq, danışmaq hər insana olduqca lazımdır. Ünsiyyətin immunitetə müsbət təsiri tədqiqatlarda tam təsdiqini tapmış faktdır. Bu zaman stressin immunitet üzərində basqısı aradan qalxır, siz daha tez-tez xəstələnmirsiniz.

5. Çoxlu təbii şəraitdə yetişdirilmiş meyvə-tərəvəz yeyin. A, C, E vitaminlərinin, xususilə sink daxil olmaqla mikroelement çatışmazlığına yol verməyin.

Qazanılma immunitet qaldı. Ki, onun da yeganə gücləndirmə metodu vaksinasiyalardır. Vaxtlı vaxtında vaksinasiya olun. (publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar