Sizin Reklam Burada
Xəbər lenti
05 iyun
04 iyun
BÜTÜN XƏBƏRLƏR

Türk Dünyası 2020-ci ilin sənədli filmlərini seçir

Tarix: 21-05-2020 22:10     Baxış: 390 A- / A+
Türk Dünyası 2020-ci ilin sənədli filmlərini seçir

“V Türk Dünyası Sənədli Filmlər Festivalı”na hazırlıqlar başlayıb.

Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə “V Türk Dünyası Sənədli Filmlər Festivalı”na hazırlıqlar başlayıb. Peşəkar və həvəskar kateqoriyalarda keçiriləcək müsabiqənin əsas mövzusu “Türk Mədəniyyəti və Türkün Dünyaya Baxış Tərzi” olacaq. Müsabiqədə qalib gələn sənədli filmlər 9 ölkədə nümayiş olunacaq. Artıq festivala müraciətlər başlamışdır. Hər iki kateqoriya üzrə müraciətlər üçün son tarix 20 Avqust 2020-ci il olaraq müəyyənləşdirilmişdir.

Festivalın yekunu olaraq 3 oktyabr 2020-ci il tarixində Türkiyənin İstanbul şəhərində təmtəraqlı Qala gecəsi və mükafatlandırılma mərasimi keçiriləcək. Eyni zamanda dərəcəyə girə bilən filmər 6 Türk Respublikası və 3 Türk bölgəsində nümayiş olunacaq.

Qeyd edək ki, Festivalın keçirilməsinə Türkiyə Mədəniyyət Nazirliyi Sinema Genel Müdürlüğü, TİKA, Türk Dünyası Bələdiyyələr Birliği, Yunus Əmrə İnstitutu, İstanbul Büyük Şəhir Bələdiyyəsi, Kültür Dairə Başkanlığı, Türkiyədən İstanbul, Niğde, Ömer Halisdemir, Gümüşhane və Yozgat Bozok Universitetləri, Bakı Dövlət Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Qazaxıstan Əl-Fərabi Universiteti, Jürgenov Milli İncəsənət Akademiyası, Qırğızıstan-Türkiyə Manas Universiteti, Makedoniya Fon Universiteti, KKTC Yakın Doğu Universiteti, Daşkənd Dövlət Mədəniyyət və İncəsənət İnstitutu ilə yanaşı,Türk Dünyası Kültür Sanat ve Sinema Vakfı, Türkiyə Jurnalistlər Cəmiyyətləri Basın vakfı, Azərbaycan Mətbuat Şurası, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi və Qırğızıstan Han Tanrı vakfı kimi ictimai təşkilatlar da var.

Eyni zamanda Festivala bütün Türk Dünyasından olmaqla TRT Avaz, Türkmeneli TV, Qırğızıstan Asiya TV, Qazaxıstan El Arna TV, KKTC Bayraq Radio TV, Gənc TV, Türkiyə TV, Mercan TV, Aksu Tv, Fırat Tv, “Birlik” dərgisi, BRTV-nin kimi media qurumları da dəstək verirlər.

Türk Dünyası Jurnalistlər Federasiyası dünyanın ən qədim və zəngin mədəni irsə malik olan Türk mədəniyyətini təmsil etməkdədir. Bu köklü və zəngin mirasın istər inkişaf yolunu, istərsə də özündə ehtiva etdiyi maddi və mənəvi dəyərləri gələcək nəsillərə ötürmək təşkilatın ən böyük vəzifəsidir. Türk mədəniyyətinin izahı və gələcək nəsillər tərəfindən mənimsənilməsi gələcəkdə formalaşacaq mədəni sferamız baxımından böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən də, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti, Macarıstan və Makedoniya başda olmaqla,Tatarıstan, Çuvaşistan, Başkurdıstan, Tuva, Yakutiya, Dağıstan və Xakasya kimi Muxtar Türk Respublikaları da bu festivalın keçirilməsində yaxından iştirak edirlər.

Maraqlananlar Festivalla bağlı əhatəli məlumatı www.turkbelgesel.com saytından ala bilər, müraciətləri info@turkbelgesel.com və ya tdgd16@hotmail.com adresinə göndərə bilərlər.

Manevr.az
Türk Dünyası 2020-ci ilin sənədli filmlərini seçir








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar