Xəbər lenti
"Putin Qarabağın qaytarılması üçün son addımı atır" - Ermənistan mətbuatı

Sentyabrın 8-də Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Minsk qrupunun həmsədrləri ilə görüşəcək.
Manevr.az xəbər verir ki, Ermənistan mediası Moskvanın rayonların qaytarılması ilə bağlı məsələnin həlli üçün 8 sentyabr tarixində son və ən güclü cəhdini edəcəyini yazıb.
“Lragir” saytında yayımlanan Naira Ayrumyanın müəllifi olduğu məqalədə deyilir ki, aprel müharibəsindən sonra keçirilən Vyana görüşündə təmas xəttində nəzarət mexanizminin yaradılması gündəmə gəldi: “Həmin görüşün detalları məlum deyil. Amma görünür, Qərb mexanizmin qurulmasında israr edir Buna qarşı çıxan Rusiya isə mexanizmlərin yeni sərhədlər yaradıldandan sonra qurulmasını təklif edir”.
Müəllif yazır ki, yeni sərhədlər rayonların qaytarılmasından sonra yaradılacaq: “Hansı ki, planda 5, yaxud 2 rayonun qaytarılması var. İrəvandakı qiyama qədər Moskva rayonların qaytarılması məsələsini sona çatdıracaqdı. Lakin gözlənilməz olan bu hadisələr prosesi təxirə saldı. İndi Rusiya prosesi yenidən canlandırır”.
Məqalədə bildirilir ki, Qarabağ münaqişəsinin həlli düz xəttə çıxıb.
“Rusiya Ermənistanı güzəştə məcbur etmək üçün son cəhdlərini edir. Sentyabrın 8-də Moskvada baş tutacaq görüş də bu cəhdlərdəndir”, - deyə müəllif qeyd edib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar