Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutu Şuşanın işğalının 28-ci ildönümünə həsr olunmuş videokonfrans keçirib

Tarix: 08-05-2020 18:54     Baxış: 4325 A- / A+
Azərbaycan İlahiyyat İnstitutu Şuşanın işğalının 28-ci ildönümünə həsr olunmuş videokonfrans keçirib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı videokonfrans keçirib.

Aİİ-nin rektoru vəzifəsini müvəqqəti icra edən Aqil Şirinov çıxış edərək bildirib ki, 8 may 1992-ci il tarixdə erməni silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycanın Şuşa şəhəri Qarabağda strateji cəhətdən ən əhəmiyyətli ərazilərdən biri olub. İşğal nəticəsində Şuşa şəhəri və ətrafında yerləşən kəndlər dağıdılmış, dinc əhaliyə divan tutulmuş, minlərlə insan məcburi köçkünə çevrilərək öz yurdlarından didərgin salınmışdır.

Erməni vandalizmi nəticəsində Şuşada dini abidələr, qəbiristanlıqların dağıdıldığını qeyd edən Aqil Şirinov dünya ictimaiyyətinə bunları çatdırmaq üçün hər bir vətəndaşımızın əlindən gələni əsirgəməməyə hazır olmasını vurğulayıb.

Aqil Şirinov daha sonra Şuşa şəhərindəki dini ibadətgahlar və mədrəsələr haqqında da bəhs edib. Nəzərə çatdırıb ki, Şuşanın hər məhəlləsinin özünəməxsus məscidi olub. O, Şuşa şəhərinin tarixi mədrəsələrindən bəhs edərkən vurğulayıb ki, belə təhsil ocaqlarından Mirmövsüm Nəvvab kimi ziyalılarımız yetişib.

Videokonfransa qatılan müəllim və tələbələrlə fikir mübadiləsi aparılıb.

Azərbaycan İlahiyyat İnstitutu Şuşanın işğalının 28-ci ildönümünə həsr olunmuş videokonfrans keçirib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar