Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rus gözəli ilə evlənən kral ilk dəfə danışdı: “Özünə başqa ər tapsın”

Tarix: 06-11-2019 14:11     Baxış: 4249 A- / A+
Rus gözəli ilə evlənən kral ilk dəfə danışdı: “Özünə başqa ər tapsın”

Rusiya gözəli Oksana Voevodina ilə evlənən Malaziya kralı V Məhəmməd ilk dəfə danışaraq, şok açıqlamalar verib.

Məlum olduğu kimi artıq bir neçə aydır ki, ötən il Rusiyanın paytaxtı Moskvada evlənən Malaziya kralı V Məhəmməd və rus gözəli Oksana Voevodinanın boşanması xəbərləri müzakirə olunmaqdadır.

Qalmaqallı xəbərin yayılmasının ardından açıqlama verməkdən yayınan kral nəhayət ki, sükutu pozub. Bundan əvvəl kral olan V Məhəmməd keçmiş arvadı Oksananın dediklərini təkzib edib.

Saraydan gələn açıqlamada Oksanın 5 aylıq oğlunun V Məhəmmədin olduğunu sübut edəcək bir fakt, dəlil olmadığını, körpənin hansısa asiyalı kişidən ola biləcəyi ehtimalı bildirilib. Oksananın uşağı planlı şəkildə dünyaya gətirdiyini düşünən V Məhəmməd onun hamiləlik xəbərini alarkən “sevincindən göylərdə uçduğu” xəbərini də təkzib edib.
Saraydan verilən açıqlamada o da qeyd edilib ki, V Məhəmməd Oksana ilə evliliyini həyatını ən böyük səhvi kimi görür, toy məclisini mətbuatdan gizlətməyə çalışıb, lakin rus gözəlinin bu məclisi əyləncəyə çevirib. Həmçinin əvvəllər çoxlu sayda şou tipli proqramlarda iştirak edən Oksananın həyatı boyu arzuladığı şöhrətə V Məhəmməd ilə evlənərək çatmaq istədiyi də vurğulanıb.

Keçmiş arvadı haqqında ağır ittihamla səsləndirən V Məhəmməd Oksanaya yeni ər tapmasını tövsiyə edib.

V Məhəmməd Oksana ilə evləndiyi üçün krallıqdan imtina etməsi xəbərlərini də təkzib edib.

Xatırladaq ki, V Məhəmməd və Oksana ötən ilin noyabr ayında Malayziyanın Kelantan şəhərində imam toyu, daha sonra Moskvada toy edərək evlənmişdilər. Lakin gözlənilmədən Oksana hamilə qaldıqdan sonra V Məhəmməd ondan ayrılıb. Bəzi iddialara görə onların ayrılma səbəbi rus gözəlinin əvvəllər televiziya proqramlarında verdiyi cəsur pozları olub.musavat.com

Manevr.az

Rus gözəli ilə evlənən kral ilk dəfə danışdı: “Özünə başqa ər tapsın”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar