Sizin Reklam Burada
Xəbər lenti
14-07-2025
13-07-2025
BÜTÜN XƏBƏRLƏR

Fuadın atasından deputata cavab:“Araz Əlizadə Azərbaycan üçün nə edib ki?”

Tarix: 09-06-2019 19:50     Baxış: 3197 A- / A+
 Fuadın atasından deputata cavab:“Araz Əlizadə Azərbaycan üçün nə edib ki?”

Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun atası Malik Abbasov Bakıda keçirdiyi mətbuat konfransı zamanı Azərbaycan Milli Məcslisinin deputatı Araz Əlizadəyə də cavab verib.

Manevr.az xəbər verir ki, Abbasov Əlizadənin ünvanına bunları deyib:

"Araz Əlizadə Azərbaycan üçün nə edib ki? Fuad Abbasov Rusiyada azərbaycanlıların maraqlarını qoruyurdu".

Xatırladaq ki, bir müddət əvvəl millət vəkili Araz Əlizadə “Yenicag.az”a müsahibəsində Fuad Abbasov üçün “O, Türkiyə vətəndaşıdır və buyursun, getsin Türkiyəyə. Azərbaycana niyə gəlir? Özü televiziya ilə çıxış edəndə, neçə dəfə bildirib ki, mən Türkiyə vətəndaşıyam, mənim sultanım vardı, güclü dövlətimiz vardı, o sultanın qərarlarını qəbul edirəm… Mən o verilişlərə baxmışam. Siz nə istəyirsiz deyin, ancaq mən də deyirəm ki, o, bir dəfə də Azərbaycanın mövqeyindən çıxış etməyib. O, son zamanlar nədənsə, birdən-birə oldu azərbaycanlı, yadına düşdü ki, onun vətəni də var” sözlərini demişdi.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında Ximski şəhər məhkəməsi Fuad Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərar çıxarıb. Moskva vilayət məhkəməsi də F.Abbasovun apellyasiya şikayətini təmin etməyib. O, buna etiraz olaraq aclıq aksiyasına başlayıb.unikal.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar