Xəbər lenti
Veteran cüdoçularımız İspaniyada uğur qazanıb
İyulun 25-dən 28-dək İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində veteran cüdoçular arasında Avropa çempionatı keçirilib. 35 ölkədən 778 (654 kişi, 124 qadın) idmançının mübarizə apardığı yarışda Azərbaycanın veteran cüdoçuları da qüvvələrinin sınayıblar.
Manevr.az xəbər verir ki, komandamız çempionatda 16 idmançı ilə təmsil olunub. Qran-Kanariya sınağında uğurla çıxış edən “Judo Club 2012”nin usta cüdoçuları fərdi yarışlarda üç qızıl, iki gümüş və iki bürünc medala sahib çıxıblar. Usta cüdoçularımızdan Mübariz Cəfərov (M4, 81 kq), Fərhad Rəcəbli (M7, 90 kq) və Elxan Rəcəbli (M2, -100 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına layiq görülüblər.
Yarışlarda gümüş medalları komandamızın aktivinə Müşfiq Cəfərov (M5, 66 kq) və Yamən Fətiyev (M5, 100 kq) yazdırıblar. Bürünc medalları isə Babək Hacıyev (M3, 60 kq), Məmməd Məmmədov (M1, 81 kq) qazanıblar.
Veteran idmançılarımız çempionatın son günündə komanda yarışlarında güclərini sınayıblar. Usta cüdoçularımız çıxış etdikləri qrupda (50-64 yaş) qitə çempionatının bürünc medallarınıa sahib çıxıblar.
Qeyd edək ki, veteran cüdoçularımızın yarışda iştirakı Azərbaycan Cüdo Veteranları Assosiasiyası tərəfindən təmin olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar