Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hamısı vəzifədən kənarlaşdırılacaq - Deputat bu məmurları istefaya çağırdı

Tarix: 19-05-2020 12:46     Baxış: 4175 A- / A+
Hamısı vəzifədən kənarlaşdırılacaq - Deputat bu məmurları istefaya çağırdı


Azərbaycanda icra başçıları və digər vəzifəli şəxslərlə bağlı start verilən şəffalaşdırma prosesi hələ bitməyib. Düşünmürəm ki, bu əməliyyatlar 5 icra başçısı və 1 generalla məhdudlaşsın.


Manevr.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

V.Əhmədov qeyd edib ki, Prezidentin ortaya qoyduğu siyasi iradə köklü dəyişikliklərə səbəb olacaq:

"Sistemdə dəyişiklik prosesi artıq başlayıb. Prezident ortaya siyasi iradə qoyub və məmurlara birdəfəlik xəbərdarlıq edib ki, qurtarın qanunsuz əməllərinizi, xalqa xidmət edin! İcra hakimiyyəti başçıları, həm də başqa məmurlar anlamalıdırlar ki, dövr dəyişib, tələblər dəyişib, dünya başqa standartlarla cərəyan edir. Bu, dayanan proses deyil. Çünki korrupsiyaya bulaşanlar çoxdur. Ona görə də Prezident tərəfindən qoyulan qayda-qanuna riayət etməyən icra başçılarının hamısı vəzifədən kənarlaşdırılacaq”.

Deputatın fikrincə, idarəetmə sistemində də dəyişikliyə ehtiyac yaranıb:

"Ümumiyyətlə bu qədər icra başçısına ehtiyac yoxdur. Bu strukturu kökündən dəyişmək lazımdır. 11 iqtisadi rayonuun əsasında 11 əyalət formalaşdırıb onlara valilər təyin etmək lazımdır. İdarəçilik kiçik aparatla həyata keçirilməlidir. Bununla həm insanlarla təmasda narazılıqlar aradan qalxar, həm də rüşvət, korrupsiya halları kəskin azalar.

İndiki halda, bəzi məmurlar, icra başçıları həbsi gözləmədən, ən azından situasiyanı qiymətləndirib özləri istefa verməlidirlər. Amma bunun üçün də ürək, iradə lazımdır. Görünür, bu, onlarda yoxdur. Belə olmasaydı, bəzi nazirlər və icra başçıları çoxdan istefa vermişdilər. Ən azından ona görə ki, cənab Prezident bununla bağlı çağırış da edib. Ki, vəzifəsinin öhdəsindən gələ bilməyənlər könüllü getsinlər. Amma təəssüf ki, bizdə istefa mədəniyyəti formalaşmayıb”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar