Sizin Reklam Burada
Xəbər lenti
12 noyabr
BÜTÜN XƏBƏRLƏR

Almaniyada təəcüblənirlər: "Azərbaycandan bizə niyə qaçqınlar gəlir?"

Tarix: 09-11-2019 17:25     Baxış: 324 A- / A+
Almaniyada təəcüblənirlər: "Azərbaycandan bizə niyə qaçqınlar gəlir?"

Xəbər verildiyi kimi, Almaniya miqrasiya qanunlarını xeyli sərtləşdirib və miqrantlara sığınacaq verilməsini praktiki olaraq dayandırıb. Bununla yanaşı, ölkədə miqrantları qovmaq üçün genişmiqyaslı bir kampaniya başlanıb. Son vaxtlar Almaniyadan ən çox deportasiya olunan qaçqınlar arasında Azərbaycan vətəndaşları da yer alır.

Almaniyanın miqrasiya orqanları bu ölkədəki vəziyyətin sabit olduğunu və vətəndaşların həyatı üçün heç bir təhdid olmadığını əsas gətirərək Azərbaycandan gələn qaçqınlara sığınacaq vermirlər.

Davudovlar ailəsi Almaniyadan deportasiya edilmiş daha bir azərbaycanlı ailədir. Ailə başçısı İmran Davudov həyat yoldaşı Ülviyyə və iki azyaşlı uşağı Fatima və Binnət ilə birlikdə bu səhər saat 4-də Bakıya deportasiya edilib.

Davudov ailəsinin qonşuları Bern və Sabina Viknaynd bu qərardan şok olduqlarını, azərbaycanlıların uzun müddət Koburq şəhərində yaşadığını və Alman cəmiyyətinə tam inteqrasiya olunduğunu qeyd ediblər.

Davudovlarailəsi 2015-ci ildə Almaniyaya köçüb. Dil kurslarına qatılıb və dərhal adaptasiya olublar. Ailə başçısı İmran dərhal iş tapıb, Ülviyyə isə aşpaz kimi təhsil almağa başlayıb. Övladları Fatimə və Binnətin orada gimnaziyaya qatlaraq təhsil alıblar.

Davudovlar ailəsi sığınacaq istəyərkən qan davasından qorxduqları üçün Azərbaycandan qaçdıqlarını bildiriblər. Bu səbəb olduqca qəribədir, çünki Azərbaycanda ən azı iki əsr ərzində qan davası tətbiq edilməyib.

Davudovlar ailəsinin deportasiyası Bayroyt İnzibati Məhkəməsinin qərarı ilə başlanılıb. İmran Davudov atası babası İmranın qonşusu tərəfindən öldürüldüyü üçün qonşunu öldürdüyünü etiraf edib. Ailə heç cürə Azərbaycanda qan davası səbəbindən təhlükədə olduqlarını sübut edə bilməyib. Hakim ölkədə daxili qorunma variantlarının olduğunu və ailənin özlərini mümkün təqiblərdən qorumaq üçün hüquq-mühafizə orqanlarına müraciət edə biləcəyini qeyd edib.virtualaz.org

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar