Sizin Reklam Burada
Xəbər lenti
25 avqust
24 avqust
BÜTÜN XƏBƏRLƏR

Kimyadan maksimum nəticə göstərən ilk müəllim

Tarix: 23-07-2019 12:26     Baxış: 363 A- / A+
Kimyadan maksimum nəticə göstərən ilk müəllim


İyulun 22-də kimya fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanlarında ən yüksək nəticə qeydə alınıb.

Manevr.az oxu.az-a istinadən xəbər verir ki, kimya ixtisası üzrə təhsil alan müəllimlərin müsabiqəsində 1991-ci il təvəllüdlü Aidə Sadiqova namizədlər arasında imtahanlardan 60 bal toplayan ilk iştirakçı olub.

İmtahanlara hazırlaşmadığını deyən A.Sadiqova suallarda heç bir çətinlik çəkmədiyini bildirib:

"İmtahanlara çox hazırlaşdığımı deyə bilmərəm. Amma suallar əhatəli idi. İmtahanlarda mənə ailəmin dəstəyi çox kömək oldu. Onların inamı, güvəni mənim üçün əvəzsiz motivasiya idi. İxtisas sualları çox asan idi. Kurikulumda bir qədər çətinlik çəkdim. Maksimum bal topladım. Özüm Suraxanı rayonu Rəsul Ənnağıyev adına 141 nömrəli tam orta məktəbin məzunuyam.

Əgər vakansiya olsaydı, elə öz məzun olduğum məktəbdə müəllim kimi çalışmaq istərdim. Əsas odur ki yaşadığım əraziyə yaxın olan təhsil müəssisələrindən birində vakansiya təklif olunsun”.

Aidə Sadıqova 2009-2013-cü illərdə Bakı Dövlət Universitetində kimya müəllimliyi ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə isə həmin universitetdə kolloid kimya ixtisası üzrə magistr dərəcəsi alıb.

Xatırladaq ki, iyulun 8-dən etibarən alman dili, tarix, fizika, fransız dili, musiqi, informatika, rus dili, ingilis dili, biologiya, coğrafiya, ibtidai sinif, fiziki tərbiyə, təsviri incəsənət və riyaziyyat üzrə test imtahanları keçirilib.

Növbəti günlərdə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili, rus dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahanlarda iştirak edəcək. İmtahanlar iyulun 24-dək davam edəcək.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar