Sizin Reklam Burada
Xəbər lenti
30 may
29 may
BÜTÜN XƏBƏRLƏR

Rəna Mirzəyeva:"Hər fəsildə qapım bir ayrı cür döyülür..." -ŞEİRLƏR

Tarix: 10-05-2020 19:33     Baxış: 3312 A- / A+
Rəna Mirzəyeva:"Hər fəsildə qapım bir ayrı cür döyülür..."

Rəna Mirzəyeva 1971-ci il may ayının 6-da Bakıda anadan olub. Bakıdakı 52 nömrəli tam orta məktəbin məzunudur. Moskva Dövlət Texniki Universitetinin "Menecment" fakültəsi üzrə magistr dərəcəsi qazanıb. "Məhəbbət yağışı", "Hicran yarası", "Sevgi limanı" adlı üç şeir kitabının müəllifidir. Bir çox bəstəkarlar tərəfindən onun sözlərinə yüzlərlə musiqi bəstələnib. Sözlərinə bəstələnmiş musiqilər tanınmış müğənnilər tərəfindən ifa olunur. 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvüdür. 2017-ci ildə "Dədə Qorqud Milli Fondu"nun təsis etdiyi "Dədə Qorqud" mükafatı və "Mehriban ana" ordeni ilə təltif olunub.
Bakı Avropa liseyinin (mus.Nailə Mirməmmədli), Aviasiya Akademiyasının (mus.Lalə Hüseynova), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin (mus.Pikə Axundova), Q.Qarayev adına İncəsənət Mərkəzinin himnləri (mus.Pikə Axundova) Rəna Mirzəyevanın sözlərinə yazılıb.
Yaradıcılığında uşaq şeirlərinə də yer ayıran R.Mirzəyeva eyni zamanda jrnalist kimi fəaliyyət göstərir. Dövri mətbuatda yüzlərlə məqaləsi dərc olunub. O, həmçinin ssenarist kimi də uğur qazanıb.


Manevr.az Rəna Mirzəyevanın yaradıcılğından nümunələr təqdim edir:

***

Mənə sevdiyini etiraf elə,
Dayan, saatlarla sevgidən danış.
Qəlbin arzuları qoy gəlsin dilə,
Kim daha çox sevər? Ürəklə yarış.

Ruhun yenilənib, üzün güləcək,
Günəş səfəqini yayacaq düzə.
Hərdən bir üzərlik yandir, tüstülət,
Yoxsa bu sevgimiz gələcək gözə.

Məktublar imzala, möhürünü vur,
İçində eşq dolu duyğular olsun.
Elə məhəbbətlə gətir ərsəyə,
Sevən urəklərə gözəllik dolsun.

Bəşər tarixində misli olmayan,
Bir sevgi tarixə yazılsın bu gün.
Heç zaman ölməyən, heç vaxt solmayan,
Bir qönçə çiçək tək açılsın bu gün.

Dönməsin nağıla, dastanlara, yox,
Əbədi yazılan bir tarix olsun.
Qalmasın şeirdə, şeiriyyatda çox,
Aşiqdən canana yadigar qalsın.

Ürək

Mənə məndən yaxın olan,
Şirin kəlməm, can sirdaşım.
Hər addımda, hər uğurda
Həm sevincim, həm göz yaşım.
Şirin şirin bəstələrin
İlk həyəcan səsi sənsən.
Arzuların, istəklərin
İlk nur saçan ocağı sən.
İlkin səndən duyğulanır
Hər misramın hərfləri.
Təkcə səndən qidalanır
Şeirimin hər bəhəri .
Sənsən mənim bir ömürlük
Can qardaşım, yol yoldaşım.
Hələ bundan ötəsi var
Döyüntülü qan yaddaşım.
Bəzən Qəlbsən, bəzən Ürək
Bəzən bir daş ,
Bəzən kövrək.
Göynəməsən çıxmaz səndən
bir damla yaş.

Bir ömürlük səadətsən,
Ya məşəqqət.
Kimi sevər səni bal tək, kiminə ət.
Kimə sevinc gətirirsən, kimə kədər.
Kimin üzün güldürürsən sən hər səhər.
Bəzən açıq bir qapısan,
Bəzən bağrı qanlı otaq.
Bəzən sakit,
Bəzən isə sən olursan şıltaq uşaq.
Vay o günə sən susasan ,
Susuyasan bu həyata.
Vay o günə qırılasan,
Tez minəsən kəhər ata.
Bax, üzünü görməz olum mən o zaman
sənin gərək.
Nə olar, sən düzgün yaşa,
Mən də səni sevim, Ürək!

Məni bu dünyaya yenidən gətir...

Gəl qayıt o gənclik dövrünə bir gün,
Nisgilini itir, qəmini itir.
Ana, o çağlara bir daha qayıt,
Məni bu dünyaya yenidən gətir...

Günəşə boylanan pəncərəni aç,
Səhərin mehini otağa yetir.
Özün də Günəş tək nurlan, şəfəq saç.
Məni bu dünyaya yenidən gətir...

Yenidən həyata qədəm basım mən,
Qaldır, yol göstər, tut biləyimdən.
İlk "ana" kəlməsin eşit dilimdən.
Məni bu dünyaya yenidən gətir...

Dünya başdan-başa qoy təzələnsin.
Təbiət zövqümlə yeni geyinsin,
Al məni qoynuna, qəlbim isinsin,
Məni bu dünyaya yenidən gətir...

Qoyma o səhvlərə bir də qayıdım,
Qıyma yaryarımçıq yollarda qalım.
Ana, öz adını ver, mən yaşadım,
Məni bu dünyaya yenidən gətir...

Yenidən qoy aşiq olsun ürəyim,
Bu şair ruhumla sevib sevilim.
Yenidən dil açsın arzu-diləyim,
Məni bu dünyaya yenidən gətir...

Vay o günə...

“Külək döydü qapımı” deyəni eşitmişdim,
Anlamını duymuş, gözəlliyini,
hətta acısını da bilmişdim.

Gecələrin birində döyüldü qapım mənim
Çırpındı bu ürəyim,
Vaxtsız qonaq görən kim?
Bu vaxt nə loğman, nə həkim?

Bəlkə ötür külək?
Yox, elə olsaydı duyardı ürək.
Qapıya yön almaq istədim.
Ayaqlarım məni dinləmədi.
Dilim bir söz demədi.

Yenidən yatağıma uzanıb,
Gözlərimi tavana zilləyib,
Bu qapı taqqıltısını dinləyib,
Kim olduğunu düşündüm.
Öncə bir qədər üşüdüm,
Sonra toxtamağa çalışdım.
Bu taqqıltının səsinə deyəsən
zaman-zaman alışdım.

Hər dəfəsində onun kim tərəfindən
döyüldüyünü bilməsəm də,
Qapımı açıb vaxtsız qonağımın
üzünə gülməsəm də,
Bu duyğunu yaşamağı sevdim!
Gözəldir kimsə qapını döyürsə!

Demək səni düşünən var,
Demək səni yaşadan var.
Demək sən kiməsə gərəksən,
Demək sən sevilən ürəksən!

Gözəldir! Həyat gözəldir!
Yox! Elə bilmə ki, həyat yalnız
qapın döyüləndən-döyülənə gözəldir, yox!
Həyatın mənasını duyanda o gözəlləşir.
Hər fəsildə qapım bir ayrı cür döyülür...
Yenə qapım döyülür...

Teoremini açdım sanki bir qapı taqqıltısını
öyə-öyə.
Vay o günə ki, qapımı yağmur, şaxta, sazaq,
boran döyə!..

Gəl qovuşaq!

Məni yandır odunda
Qoy külünə bələnim.
Qürurunla üzmə, gəl,
Ey həsrətdən ölənim.

Əlinə, sığalına,
Sözlərinə mən acam.
Eşq dolu baxışına,
Gözlərinə möhtacam.

Qovuşmağa bir addım,
Məsafə var arada.
Gəl qapını döysənə,
Bir salam ver yara da.

İncimisən? İncimə!
Küsmüsən?.. Gəl barışaq!
Mənə ayrı söz demə,
Gəl göz-gözə baxışaq.

Addımımız bir olsun,
Bir olsun hər sözümüz.
Sevgimizi qoruyaq,
Qoy bir olsun gücümüz.

Gəl qoymayaq bu yollar
Ayrı düşsün yenidən.
Ey mənim ilham pərim,
Cuşa gətir yenidən.

Nəğmə bəstələyək bir,
Şeir yazaq sevgidən.
Sən, gözümün qarası,
Uzaq düşmə gözümdən.

İtirsəm səni əgər
Ölər ülvi duyğular.
Gəl qovuşaq, əzizim,
Gəl qovuşaq, gəl, ey yar!!!

Günahımdan keç!

Mənə ürəyində ayırdın məkan,
Könlüm sevdan ilə alışdı, yandı.
Sözlərim qəlbinə sancılan tikan,
Bilməzdim hər sözdən qəlbin talandı.

Bir günah etdimsə, bağışla məni,
Mən səni incitmək istəmərəm heç.
Səni özümdən çox sevirəm, inan,
Nə olar, sevgilim, günahımdan keç!

Mənə ümid sənin məhəbbətindir,
Həyat yollarında ol həyan mənə.
Bu ruhum, nəfəsim təkcə sənindir,
İncimə, sevgilim, gəl, inan mənə.

Rəna Mirzəyeva
Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar