Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Fərrux dağı və həmişəki erməni şousu

Tarix: 03-04-2022 11:17     Baxış: 35 077 A- / A+
                                             Rəfail Tağızadə

Dünyanın diqqətinin Rusiya-Ukrayna müharibəsində olduğundan yaddan çıxmaqlarından narahat olmağa başlayan ermənilər son günlər yenə şou düzəltməyə başlayıblar.

Bir müddət beynəlxalq aləmin diqqətini Xankəndinə verilən qazın kəsilməsinə yönəltməyə çalışdılar və bunu qaz borusunun Azərbaycan tərəfindən zədələnməsi ilə izah etmək istədilər. Sonra suyun kəsilməsi şousu başladı. Xankəndindəki ermənilərin qazsız, susuz qaldığını var gücləri ilə car çəkdilər. Gördülər bunlardan bir şey çıxmır, indi də Ermənistan tərəfi Xocalının Fərrux və Pirlər kəndləri ətrafında baş verənlərdən şou düzəltməyə başlayıblar ki, bölgədəki Rusiya sülhməramlıları və beynəlxalq ictimaiyyət buna reaksiya versin. Fərrux kəndi ətrafında elə bir gərginlik yoxdur. Sadəcə Ermənistan tərəfi Qarabağda diqqəti özünə çəkmək istəyir. Azərbaycan Ordusunun bölmələri mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. Burada qeyri-adi heç nə yoxdur, çünki bu proses Azərbaycanın suveren ərazisi daxilində baş verir və kimisə narahat etməməlidir. Bu Azərbaycanın daxili işidir.  Ermənistanın bu məsələ ilə bağlı açıqlaması Azərbaycanın suverenliyinə müdaxilə olmaqla yanaşı, həm də  regionun sabitliyinə təhdiddir. Azərbaycan artıq 44 günlük müharibəsi nəticəsində öz ərazi bütövlüyünü təmin edib və Qarabağ iqtisadi rayonu ilə bağlı istənilən məsələni özü həll edir. Və etməlidir. O ki qaldı problemi yaradan qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasının həyata keçirilməsi məsələsinə, bu 10 noyabr 2020-ci il razılaşmasının 4-cü bəndinə əsasən sülhməramlılar tərəfindən çoxdan  icra edilməli idi. Keçən müddət ərzində bu məsələ həllini tapmadığından ermənilər elə başa düşdülər ki, bu kağız üzərində qaldı və erməni terrorçuları öz mövqelərini get-gedə genişləndirərək yeni postlar qurdular və həmin postlardan zaman-zaman Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa başladılar. Ancaq anlamadılar ki, torpaq məsələsi kağız üzərində qala bilməz. Və bu heç kimə hesabat verilmədən öz həllini mütləq tapmalıdır. Azərbaycan ölkə qanunvericiliyinə və beynəlxalq hüquqa əsaslanaraq öz suveren ərazisində qanunsuz birləşmələri təmizləməlidir. Bu Azərbaycanın müstəsna hüququdur. Kim Azərbaycan vətəndaşlığını qəbul edərək Azərbaycan qanunları ilə yaşamaq istəyəcəksə, onun da bütün Azərbaycan vətəndaşları kimi hüququ tanınacaq, kimsə Azərbaycan qanunları ilə yaşamaq istəməyəcəksə, o əvvəl-axır bu ölkəni tərk etməli olacaq. Ermənilər bir şeyi dəqiq bilməlidirlər ki, azərbaycanlılar əzəli torpaqları olan Ağdərə, Xocavənd, Əsgəran, Xocalı, Xankəndidə məskunlaşaraq öz yurdlarında rahat yaşayacaqlar. Buna heç kimin şübhəsi olmasın. Ermənilər olmayan şeydən şou düzəltməyin ustasıdırlar. “Şərəfim var” (ada bax aaa...) fraksiyasından olan deputat Tiqran Abramyan son günlər Azərbaycan ordusunun Xocalı inzibati rayonunun Fərrux kəndini və kəndin ətrafındakı strateji əhəmiyyətli Daşbaşı yüksəkliyini nəzarətə götürməsindən narahatlıq keçirdiyini bildirib: “Azərbaycan son irəliləyişi zamanı Daşbaşı dağı istiqamətində Fərrux kəndinin inzibati ərazisindən dəfələrlə böyük ərazini nəzarətinə götürüb. Kimlərsə bilmədən və ya bilərəkdən Fərrux kəndini müzakirə obyektinə, yaxud prinsipial məsələyə çevirir, lakin Daşbaşı silsiləsinin ayrı-ayrı hissələri Fərruxla müqayisədə çox mühüm strateji əhəmiyyətə malikdir. Azərbaycan öz qoşunlarını ilkin mövqelərinə qaytarmasa, o zaman bizim belimizi qırmaq üçün hazırda Qarabağın Rusiya sülhməramlılarının nəzarət etdiyi hissəsində görünməmiş vəziyyət yaranacaq. Azərbaycanlılar Fərrux kəndindən dayaq məntəqəsi kimi istifadə edərək dolama yollar çəkmişlər ki, onların da məqsədi Daşbaşı yüksəkliyinin müxtəlif hissələrinə çatmaq, dayanacaq əldə etmək və fasiləsiz təchizatı təmin etmək üçün onları möhkəmləndirməkdir”. Niyə bu erməni deputatı Xocalı rayonunun Pirlər kəndində Rusiya sülhməramlılarının gözləri qarşısında ermənilərə hərbi geyim və silah paylanmasından, sülhməramlılar tərəfindənsə, əvvəllərdə olduğu kimi heç bir müdaxilə edilmədiyindən yazmır? Özlərinə sərf etmədiyi üçün  həmişə olduğu kimi susurlar. Görünən odur ki, erməni separatçılarının Azərbaycana qarşı təxribatları bitən deyil. Martın 30-da uydurma “Artsax”ın qondarma “parlament”i “milli təhlükəsizlik orqanları haqda qanun”a dəyişiklik edərək, “artsax”ın mifik “dövlət sərhədlərinin” etibarlı müdafiəsi üçün yeni “döyüş bölmələri”nin yaradılması haqda düzəlişlər edib. Rus sülhməramlılarının kölgəsində gizlənən “Artsax” terrorçu qruplaşmasının başında dayananlardan olan  “artsax”ın “xarici işlər naziri” David Babayan “Azadlıq” radiosuna müsahibəsində etiraf edir: “Sülhməramlılar öz missiyalarını tam şəkildə yerinə yetirirlər. Əgər burada Rusiya sülhməramlıları olmasa, Artsax da olmayacaq”.  Dünya dəyişir. Dəyişən dünyada oyunlar da dəyişir. Bu dəyişən dünyada təkcə ermənilərin mahiyyəti dəyişmir. Yaranışdan mahiyyət və niyyətləri düşmənçilik olan ermənilərin nələr düşündükləri bəlli olmaz. Emənilər sabah yenə nələrsə törədəcəklər ki, bu məzlum millətə kiminsə yazığı gəlsin. Diqqət çəksinlər. Qarşıdan 6 aprel görüşü gəlir... Qozbeli qəbir düzəldər.     Deməli, bunların düzəlmələri üçün lazım olanları etmək lazımdır. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar