Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ən çox söyülənlərdən biri Tərtərin icra başçısıdır...

Tarix: 30-12-2020 12:32     Baxış: 43 392 A- / A+
Ən çox söyülənlərdən biri Tərtərin  icra başçısıdır...

Lətifəsi uzaq olsun, baxıram saytlarda və internet TV-lərdə Azərbaycanda icra başçısı qalmayıb, hamısı söyülür, təhqir edilir və sair və ilaxır.

Əvvəla, yerində olmayan icra başçıları var, onlarla bağlı da dövlət, bir də DTX məşğuldu. Bu işləri buraxın onların üstünə.

İcra başçılarını ən çox ona görə söyürlər ki, guya şəhid ailələrinə və yaralılara laqeyddilər. Əslində problemlər var, amma yazılanlar kimi deyil. 44 günlük müharibə dövrü üç dəfə cəbhə bölgəsində olmuşam. Füzulidən başlayıb Xocavənd, Beyləqan, Ağcabədi, Ağdam və Tərtəri gəzmişəm, baş verən hadisələrin birbaşa şahidiyəm. Şəhid dəfnlərində də iştirak etmişəm, yaslarında iştirak etmişəm, hər şeyin şahidiyəm. Hərçənd ki Milli Məclisdə tövsiyyə olunmuşdu ki, müharibə dövrü deputatlar şəhəri tərk etməsinlər. Amma mən getdim, getməyə bilməzdim. Bu barədə ayrı bir yazı yazacam və bir hesabat verəcəm. Tövsiyyəyə qulaq asmadığıma görə İntizam komissiyası məni cəzalandıracaqsa cəzalandırsın, qəbulumdu. Hətta Milli Məclisin qapalı onlayn iclasında da bu məsələ ilə bağlı çox kəskin çıxış etmişəm. Getdiyim bölgəni hələ qoyuram bir kənara.

Cəlilabad rayonundan 96 şəhid var, nə qədər də yaralı var, bu barədə dəqiq məlumatım yoxdu. Hazırda rayonun icra başçısı vəzifəsi də boşdu. Və icra hakimiyyəti rəhbərliyi bunların qayğısına qalmalıdır. İcra hakimiyyətinin ehtiyat fondu varmı? Yoxdur. Deyəcəksiniz ki, ay rüşvət alırlar, filan və sair. Əvvəla, 2018-ci ildən bəri icra başçıları dəqiq müəllim işləyir. Və müəllim işləməyənlərlə də DTX məşğuldu. Və yaxud Lənkəranı tənqid edirlər. İcra başçısı hansısa bir şəhidin dəfnində iştirak etməyib. Ola bilər. Bəlkə dövlətin ayrı hansısa bir tədbiri varmış, bunu heç kim nəzərə almır.

Nə isə, gələk təmas xəttindəki rayonlara, mənim özümün müharibə dövrü gəzdiyim rayonlara. Həm Füzulidə, həm Xocavənddə, həm Beyləqanda, həm Ağcabədidə, həm Ağdamda, həm də Tərtərdə bir çox dəfnlərdə və yas mərasimlərində iştirak eləmişəm. Olub ki mənim iştirak etdiyim yasda icra başçısını və ya Aparatın işçilərini görməmişəm. Amma yas sahibləri ilə söhbətdən məlum olub ki, başçılar və Aparat işçiləri dəfndə iştirak ediblər, yasda da olublar və bu yasın yükünü onlar çəkiblər.

Məsələn, iki fakt söyləyim. Ağcabədidən döyüşlərdə 760 MAXE (bilmirəm bu rəqəmi yazmaq dövlət sirridi, yoxsa yox) və nə qədər könüllü iştirak edib. Onların ailələrinə həm yardım göndərilib, həm də müəyyən miqdarda pul da verilib.

Və yaxud Ağdamdan. Döyüşlərdə 3 min ağdamlı MAXE iştirak edib və nə qədər də könüllü. Ağdamda da onlara xüsusi diqqət və qayğı göstərilib.

Eləcə də Füzulidə, Bərdədə, Xocavənddə, Beyləqanda və Tərtərdə.

Ən çox söyülənin biri də deyək ki, Tərtərin icra başçısı Müstəqim müəllimdi, təəssüf ki, familiyasını bilmirəm. Və müharibə dövrü bu şəhərə və kəndlərinə 20 minə qədər raket, minamyot və top mərmisi düşüb. Şəhər demək olar ki, darmadağın edilib. Amma müharibə vaxtı iki dəfə həmin rayonda oldum, icra başçısı ilə bir stəkan çay içdik, göydən də mərmi tökülürdü. İcra başçısının otağında bir divan vardı, orda yatırdı. Ola bilər ki, o da hansısa şəhidin dəfnində iştirak edə bilməsin. Amma yəqin ki, özü və Aparatı yaslarda iştirak edib və təbii ki, yasları da yola verib.

Söyəndə və döyəndə özünüzü həmin söydüyünüz və döydüyünüz adamların yerinə qoyun. Yeni ildən başlayaraq həm müharibədən 10-15 gün əvvəl, həm müharibə dövrü (3 dəfə gəzdiyim) rayonlar haqqında və şahidi olduqlarım haqqında, həm də müharibədən sonra olduğum rayonlar haqqında ayrı-ayrılıqda yazı yazacam.

Bilirəm, məlum yerdən idarə olunan trollar başlayacaqlar mənim əleyhimə yazmağa. Yazın, qaqalar, nə istəyirsiniz. Amma mən də nəzərinizə çatdırıram ki, həm müharibədən əvvəl, həm müharibə vaxtı nə qədər şəhid ailələrinə və yaralı əsgərlərimizə yardım etdiyim barədə bir kəlmə yazmayacam. Sağ əlin verdiyini sol əl bilməməlidir. Hətta icra başçıları çaşırdılar ki, Məllim, bu vəziyyətdə döyüş bölgəsinə gəlirsiniz və şəhid ailələrinə xüsusi diqqət göstərirsiniz.

P.S. Bütün şəhidlər bizim üçün Kərbəlada şəhid olmuş Peyğəmbərin nəvəsi İmam Hüseynin nəsli-nəcabətidir, bizim azərbaycanlıların seyidləridir. Onların valideynlərinin əlindən öpmək, qəbirlərini pir kimi ziyarət etmək və onların nəslini İmam Hüseynin şəhidlərinin övladları kimi ovcumuzda saxlamaq borcumuzdur.

Bu borca əməl etməyənlərin isə Allah cəzasını verər.

Aqil Abbas
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar