Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qələbən Mübarək, Azərbaycanım!

Tarix: 12-11-2020 14:56     Baxış: 32 073 A- / A+
Qələbən Mübarək, Azərbaycanım!
Rövşən Hüseynov,
şair, publisist


Tarix yazıram. Bəlli tarix! Azərbaycan hərb tarixini. Dünyanın görə biləcəyi gözlə, duya biləcəyi səslə, Azərbaycan əsgərinin biləyinin gücünü qüvvətini hiss edə biləcək əllə, tarix yazıram.Şanlı Azərbaycan tarixi. Min illər boyu fəxarətlə, qürurla ifadə ediləcək daş salnamələrə yazılacaq tarix.
Bu gün mənim günümdür. Əlimdə qələmim titrəmir, beynimdə düşüncələrim qarışmır. Mən tarix yaradıram. Azərbaycan Sərkərdəsinin -İlham Əliyev cənablarının qüdrətindən, dillər dastanı olacaq şücaətindən, mən tarix yazıram. Bu döyüş, bu müharibə milli kimliyimi, soyumu, kökümü, yurdumla bərabər milli qürurumu, Azərbaycan xalqının milli birliyini qaytardı mənə. Mən tarix yazıram. Azərbaycan tarixi, qanıyla vətən torpağını suvaran igid əsgər tarixi yazıram. Bundan sonra, bu torpaqda çiçək açan hər gül, hər çiçək şəhid qanı qoxuyacaq. Mən tarix yazıram, şərəfli tarix. İgidlərin boy verdi, boylandı soyuna döndü. Dünən boyunu sevdiyim, əzizlədiyim körpə igid oldu. Qisas aldı, Xocalıda qətl edilən körpələrin, yaşıdlarının qisasını. Paşalarım düşmən gözünü şücaəti ilə oyum- oyum oydu. Mənim xalqım, mən tarix yazıram. Qələbə müjdəli, qələbə ətirli tarix yazıram, Azərbaycan tarixi. Bitəcək müharibə, kəsiləcək axan qanlar, susacaq silahlar, qələmlər isə yazacaq. Mən tarix yazıram, şərəfli Azərbaycan tarixi. Ana gördüm oğul toyu görməyib, şəhid balasının qanı axdığı torpaqda qurumayıb, Şuşaya bayram xonçası tutur. Qarşında baş əyirəm, Şəhid Anası. Mən tarix yazıram! Gəlinlərimiz şəhid ərlərinin tabutuna sarılaraq, adına layiq övlad böyüdəcəm ,vətənini sevən vətəndaş olsun. Sənin kimi bu torpaq uğurunda canından keçməyi bacarsın. Mən tarix yazıram! Atalar övladlarının məzarı başında deyir, igidim rahat uyu qisasın gecikmədi, qardaşların qisasını alır. Mən tarix yazıram fəxarətlə, qürurla, şərəfli Azərbaycan tarixi!!!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar