Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ramin Bayramlı kimlərin yerini dar edir...

Tarix: 25-06-2020 21:08     Baxış: 35 547 A- / A+
 Ramin Bayramlı kimlərin yerini dar edir...

Azərbaycan Respublikasının prezidentinin gəncləşdirmə siyasətini kimlər dəstəkləyir, yaxud kimlər bu yeniləşmə siyasətindən qorxuya, təşvişə düşüb. Kimdir bu kürkünə birə düşənlər? Necə ola bilər ki, prezidentin yeniləşmə siyasətinə qarşı çıxmağa cəsarət tapırlar özlərində? Bu qorxu bilməzlər kimlərdir? Kimə xidmət edirlər, etməkdədirlər, niyyətləri nədir bu el dili ilə desək, saman altından su yeridənlərin, dinc dayanmırlar?

Dünyamızın başına bəla olan COVİD-19 virusu Azərbaycanımızında ictimai -siyasi, sosial həyatında bir növ təlaşa səbəb olunacaq iz buraxmaqdadır. Bu pandemiyadan zərər çəkməyən dövlət yoxdur. Dünyada kimisi bu virusdan daha çox ziyanla, itkiylə çıxacaq, kimisi digəri ilə müqayisədə nisbətən az olsa da zərər görəcəkdir. Elliklə səfərbər olaraq, bu virusdan yaxa qurtarmaq üçün öz dəstəyimizi dövlətimizdən, onun yetkili şəxslərindən əsirgəməməli, birə -beş çalışmalıyıq ki, bu mübarizədən qalib çıxaq. Dünyada olduğu kimi ölkəmizdə də virusa qarşı açıq savaş gedir. Ön cəbhədə kimlərdir, kimlər bu savaş meydanında döyüşür? Bəli, məhz döyüşür. Əlbəttə ön sırada həkimlərimiz yer tutur. Onlara sonsuz təşəkkür və minətdarlığımızı bildiririk! Sonra isə dövlətimizin bu sahə üzrə bir başa məsuliyyət daşıyan Təbib, operativ qərargah, dövlət və hökumət nümayəndələri ölkəmizdə bu virusla mübarizə aparırırlar. Mübarizə bu günə qədər yetərincə uğurla davamlı şəkildə aparılıb, aparılmaqdadır. Birbaşa Təbibin səlahiyyəti və nəzarəti altında həyata keçirilən mübarizəyə rəhbərlik edən Ramin Bayramlıdı. Son günlər bəzi saytlar və sosial şəbəkələr üzərindən Ramin Bayramlıya və onun komandasına açıq hücumlar təşkil edilir. Niyə dəyərli həmvətənlərim, nədən və haradan qaynaqlanır bu hücumlar? Kimlər maraqlıdır görülən işlərə kölgə salmağa? Rüşvətdən uzaq, təmiz əllə, təmiz vicdanla Azərbaycan səhiyyəsinə yeniliklər, dəyişiliklər gətirən yeni bir sistem qurmağı bacaran gənc bir kadrı gözdən salmağa çalışanların fikri, amacı, umacağı nədir? Bu yazıları tirajlayan saytların dəyirmanına su tökənlər kimlərdir? Prezidentin etibar etdiyi, güvəndiyi gənci, peşəkar kadrı kimlərin gözü götürmür? Olmaya rüşvətə, korupsiyaya, harama əli öyrəşənlərin təmiz əllə işləməyə səbri çatmır? Bu insanlar saman altından su yeridənlər bir düşünürmü ki, onlar bu addımları ilə ölkə başçısının apardığı yeniləşmə, gəncləşmə, şəfaflıq siyasətinə qarşı çıxırlar. Ölkəmizi fəlakətə sürükləyirlər öz çirkin niyətləri ilə. Hörmətli bəylər, xanımlar, Təbibin sədri Ramin Bayramlının ayağından dartmaq əvəzinə dəstək olun, nöqsanları söyləyin bu virus bir tək Ramin Bayramlının mübarizə apara biləcəyi virus deyil. Bütün dünya indiki halda aciz, çarəsiz durumdadır. Sizli, bizli ölkəmizin rifahı naminə prezidentin apardığı siyasətə dəstək olaraq, hər kəs üzərinə düşən məsuliyyəti dərk etməli, əlindən gələn dəstəyi əsirgəməməlidir. Qadağalara, qaydalara əməl etməlidir ki, uduzan, zərər çəkən tərəf yox qazanan, sağlam qalan tərəf olaq. Sonda onu da qeyd etmək istəyirəm ki, bu virusla mübarizə tezliklə öz bəhrəsini verəcəkdir. Amma sizlərin paxıllıq hissinizin kökünü heç zaman kəsmək olmayacaq. Bilmirəm paxıllıq hissini müalicə etmək olur, ya yox, yenədə siz çalışın müalicə olunasız ən azından normal gələcəkdə yaşamaq naminə...

Rövşən Hüseynov, şair- publisist
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar