Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Korona virus və Karena virus

Tarix: 19-03-2020 11:58     Baxış: 2709 A- / A+
Korona virus və Karena virus


Bu gün bütünlükdə dünyada gündəmin əsas xəbərləri koronavirus pandemiyasıdır. Çində başlayıb sürətlə dünyaya yayılan bu pandemiya dünyanın diqqət mərkəzindədir. Elmin, xüsusilə də tibbin bu qədər inkişaf etdiyi bir zamanda bəlkə də heç kimin ağlına pandemiya gəlməzdi.
Müasir biologiyanın və tibbin, eləcə də dərman peraparatlarının bilavasitə istehsalı və istehlakı ilə məşğul olan əczaçılığın, yüksək texnologiyaların inkişaf etdiyi bir dövrdə böyük əksəriyyət bəlkə də sadəlövhcəsinə bəlli olmayan və kütləvi şəkildə yayılan xəstəliklərin mövcudluğunu və yaxud da geniş arealda yayılmasını güman etmirdi. Lakin bizlərdə belə bir məsəl var,,sən saydığını say, gör, fələk nə sayır". Və fələk artıq qurbanlarını saymağa başlayıb. Hər gün bu bəşəri bəlaya- pandemiyaya yoluxanların və ölənlərin sayı artır. Bu gün hər kəs bu xəstəlikdən qurtulmaq üçün özünü qorumağa çalışır. Bu gün gözə görünməyən bir mikroba qarşı dinindən, dilindən və irqindən asılı olmayaraq bütün insanlar qorxu içindədirlər. Xəstəliyə qarşı müxtəlif üsullardan istifadə edilir. Eləcə də ölkəmizdə qabaqlayıcı tədbirlər görülür, insanlar maarifləndirilir. Məqsədim koronivirusdan yazmaq deyil. Çünki indi bu barədə kifayət qədər yazılır. Mənim yazmaq istədiyim başqa bir virus barədədir. Sırf ölkəmizə, xalqımıza və dövlətçiliyimizə qarşı məkrli şəkildə yoluxdurulmuş karena virus. Bəli, erməni xəstəliyi olan karena virus. Bu virus insan şəklindədir. Qaniçən,məkrli, yaltaq, əclaf, ikiüzlü, riyakar və acı da olsa bu gün qalib karena virus... 90-cı illərdə xarici dövlətlər Azərbaycan reallığını olduğu kimi qəbul etmədilər. Əliyalın, sadəlövh, məkrli düşmənini belə normal tanıya bilməyən azərbaycanlılar qaçqın və məcburi köçkünlüyə, təcavüzə, namusunun ləkələnməsinə, torpaqlarının itirilməsinə məruz qaldılar. Dünya korona virusu 21-ci əsrdə gördü, Azərbaycan isə iki yüz ilə yaxındır ki ,karena virusa yoluxub. Korona virus naməlum şəraitdə Çində başladı və dünyaya yoluxdu. Karena virus isə məlum şəraitdə, bilərəkdən, qəsdən Azərbaycan ərazisinə və azərbaycanlılara yoluxduruldu. Zamanla ermənipərəst qüvvələrin dəstəyi və yerli satqınların təşəbbüsü ilə torpaqlarımızda məskunlaşdırılan parazit ermənilər yerlərini bərkdən və fürsət məqamı yetən kimi hücuma keçdilər. Nəticə isə yerli azərbaycanlılar üçün acınacaqlı oldu. Gözlənilməz hücum və qəfil bəlanın hər zaman dəhşətli fəsadları olur. Yatmağa meylli toplum olduğumuz üçün başımızın altına qoyulan yumşaq qanlı balışda tez gözlərimizi qapayıb xorultu çəkməyə başladıq. Bizi yuxuya verənlər isə əzmlə çalışmağa başladılar. ,,Parçala ,hökmranlıq et" siyasətindən ,,başa özünün adamını qoyub ,istədiyini et" siyasətinə keçən böyük güc avam, sadəlövh azərbaycanlının gözündə ali gücə çevrilməyə başladı. Hər şeyin həll yolunu Moskvada görən azərbaycanlı Qarabağ düyününün çözülməsini də Moskvaya şikayətdə görürdü. Moskva isə ,,dovşana qaç, tazıya tut!" deyirdi. 26 ildir ki bizi atəşkəsə məhkum ediblər . Torpaqlarının 20% -i işğal altında olan ölkə niyə atəşi kəs! etməlidir. Vətən unudulmamalıdır! Heç birimizin buna haqqı yoxdur. Qan yaddaşımızı mütəmadi olaraq yeniləmək, düşmənə nifrət hissini daha da artırmaq, kiçik yaşlı uşaqlara düşmənin kim olduğunu, necə olduğunu aşılamaq hər birimizin borcudur və ələlxüsus da televiziyanın. Amma təəssüflər olsun ki teleməkanda daha çox şou verilişlərə, açıq-saçıq geyinib, əxlaqi dəyərləri heçə endirib efirdən xalqa ,,əxlaq dərsi" keçənlərə üstünlük verilir. Ciddi və vətənpərvərliyi təbliğ edən verilişlər barmaqla göstərilə bilər. Hər il işğal altındakı rayonları işğal tarixlərində anmaqla olmur. Faciələrimizin səhəri həyat öz axarına düşür, yüngül mahnılar, bayağı verilişlər radionu və efiri zəbt edir, sanki dünən olanlar heç baş verməyibmiş. Azərbaycanın teleməkanından 26 ildir eyni ifadəni eşidirik,, düşmən cəbhə xəttində atəşkəsi pozub", ,,düşmən cavab atəşi ilə susdurulub". Olmazmı ki bir dəfə də o atəşkəsi biz pozaq! Beynəlxalq konvensiya ilə bizim buna tam haqqımız çatır! Bu gün dünyanın bir çox ölkələri terrorla mübarizə aparır. Qarabağda və ətraf yeddi rayondakı ermənilər də qatı terroristlərdir və bizim ixtiyarımız var ki terrora qarşı mübarizə aparaq. Bəs nə üçün aparmırıq? Haqlı olduğumuz halda haqsız durumdayıq. Biz mütləq o atəşkəsi pozmalı, millətin üstünə vurulmuş məğlubluq, qaçqınlıq, köçkünlük damğasından qurtulmalıyıq. Bu günkü Azərbaycan dövlətinin və ordusunun bunu etmək üçün kifayət qədər gücü və hərbi resursları var. Daha lazımı gözləmək lazım deyil. Bu gün lazım yox zərurət var! Dövlətimizə və xalqımıza yoluxmuş müalicəsi bəlli karenavirusdan birdəfəlik qurtulmaq vacibdir. Koronavirusun vaksini olmadığı halda karenavirusun vaksini də müalicə metodu da bəllidir!

Fərid Muradzadə

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar