Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sınaq imtahanlarının bir adı ola bilər – Özünü könüllü yoxlamaq...

Tarix: 10-04-2018 15:38     Baxış: 2453 A- / A+
Sınaq imtahanlarının bir adı ola bilər – Özünü könüllü yoxlamaq...


Sınaq imtahanı özünü sınamaq üçündür, bunun başqa adı yoxdur...

III yazı

Nəhayət, çox keçmədən müəllimlərin sınaq imtahanları diaqnostik qiymətləndirmə ilə əvəz olundu. 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 minədək müəllim diaqnostik qiymətləndirmədən keçirildi. Tədris ilinin sonunda dövlət ümumtəhsil müəssisələrində çalışan, əvvəlki illərdə müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən müəllimlərlə yanaşı, nəticələrini yüksəltmək niyyətində olan müəllimlərin də diaqnostik qiymətləndirmədə iştirak edə biləcəkləri qərara alındı.

Müəllimlərin sınağından fərqli olaraq TQDK-nın (DİM) sınaq imtahanları müxtəlif ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına, magistraturaya, rezidenturaya qəbul olmaq istəyən namizədlərin, dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə keçirilir və ən başlıcası isə könüllülük prinsipinə əsaslanır.

Əlbəttə bu imtahanların təşkili və keçirilməsi də heç də hamı tərəfindən birmənalı qarşılanmayıb, müxtəlif irad, ittiham və nöqsanların irəli sürülməsi ilə müşayət olunur. Baxmayaraq ki, bu sınaqlar imtahanöncəsi psixoloji gərginliyi və stressi azaldır, özünə inam və güvən hissi yaradır, hər bir iştirakçının zəif və güclü tərəflərini üzə çıxarır, onların imtahan vərdişlərini formalaşdırır.

Bu iradlar əsasən ödəniş qiymətlərinin yüksək olması (3 manatdan 20 manata qaldırılması), bu səbəbdən imtahanda az sayda abituriyentlərin iştirak etməsi, imtahan mərkəzlərinin yalnız mərkəz rayonlarda olması, müəyyən mərkəzlər üzrə məsafənin uzaqlığı, iştirakçıların qeydiyyata alınması prosedurunun qəlizliyi, elektron xidmətlərdə müəyyən problemlər, tələb olunan vəsitin ödənişi zamanı ortalığa çıxan çətinliklər, orta məktəbin tədris proqramı ilə sınaq – test tapşırıqlarında müəyyən uyğunsuzluqlar, imtahanların başlanma vaxtında müəyyən gecikmələr və s. obyektiv və subyektiv səbəblərlə əlaqədardır.

Maraqlıdır ki, AzEdu.az saytının DİM-in abituriyentlər üçün təşkil etdiyi sınaq imtahanlarını necə qiymətləndirirsiniz mövzusu üzrə keçirdiyi sorğuda da respondentlərin böyük əksəriyyəti məhz qeydiyyat prosesinin qəlizliyini, ödənişlərin yüksək məbləğ təşkil etməsini, imtahan məntəqələrinin yalnız mərkəz rayonlarda olması problemini önə çəkiblər. Yeri gəlmışkən, bu və bir neçə digər saytın bu və digər səpgidə keçirdiyi sorğular təhsilimizin taleyüklü məsələlərinə diqqət çəkilməsi, ictimai rəyin öyrənilməsi və gələcəkdə nəzərə alınması baxımından təqdirəlayiqdir və yalnız alqışlanmalıdır.

Ödəniş qiymətlərinin yüksək olmasına əlavə şərh verməyə elə də bir ehtiyac duymuram. "Əlbəttə ki, Azərbaycan cəmiyyəti üçün bu rəqəmlər kifayət qədər böyük idi. Nəzərə alsaq ki, DİM publik hüquqi şəxsdir və dövlət büdcəsindən maliyyələşmir, bu zaman bütün xərcləri, sərf etdiyi resursları hesablayıb xidmət haqqı müəyyən edir. Qiymətlərə təsir göstərən amillər əsasən, test tapşırığı yazan, yoxlayan mütəxəssislərə verilən vəsaitlər, sual kitabçası üçün sərf olunan kağız daşıyıcıları və elektron xidmətlərin dəyəri, imtahan nəzarətçisi və rəhbərinə verilən vəsaitlər, nəqliyyat və digər xərclərdir. Yəni DİM bütün xərcləri və özünün büdcəsini formalaşdırmaq üçün lazım olan məbləği hesabladıqdan sonra müəyyən imtahanlar üzrə xidmət haqları müəyyən edir. Nə qədər yüksək görünsə də, əməkdaşların saxlanılması və digər vacib amillər üçün bu vəsait zəruridir”.

Lakin qeydiyyatdakı qəlizlik və ödənişlərdəki çətinliklər heç kəsdə şübhə doğurmaya bilməz: “Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş istifadəçilər isə istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.”

Düzdür bu istiqamətdə artıq mühüm bir addımlar atılır. Abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında yeni fəaliyyətə başlayacaq “Məsləhət mərkəzi”ndə xüsusi treninq keçmiş əməkdaşlar tərəfindən ödənişsiz köməklik göstərirlməsi nəzərdə tutulub. Lakin belə mərkəzlərin Bakı şəhərindən daha çox regionlarda yaradılmasına ehtiyac var. Çünki bu kimi problemlərlə əsasən əyalətlərdə üzləşirlər.

Əgər təhsilin hamı üçün əlçatan olmasını istəyiriksə, adambaşına düşən ali təhsillilərin sayına görə öncül yerlərdən birini tutmaq fikrindəyiksə, sınaq imtahanlarının daha da humanist və demokratik xarakter alması istiqamətində təkmılləşmə və yeniləşmə işləri davam etdilməli, bütün iştirakçılara bərabər imkan və şəraitin yaradılması təmin olunmalıdır. Yalnız bu halda sınaq və qəbul imtahanlarında müşahidə oluna biləcək enmə tendensiyasının qarşısı alına bilər...

Nadir İsrafilov

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar