Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

O mənim aktyorumdur

Tarix: 25-01-2018 22:32     Baxış: 2710 A- / A+
O mənim aktyorumdur


O, səhnəyə daxil olur… Daha doğrusu səhnə onun üçün qurulub. Bütün tamaşaçılar kimi onun yenə gözəl obraz yaradacağına inanıram. Daha doğrusu bütün tamaşaçılardan biraz çox. Hər şeydə biraz çox ona güvənmək olar. Bilmirəm, bəlkə daha çox güvənmək olar. O, səhnədə daha uğurlu görünür… O, səhnədə daha işıqlı adamdır… Onu səhnə ilə birlikdə sevmək daha haqlı hisdir. Axı, o, səhnə üçün doğulub. Səhnədəki qədər onun gözləri heç vaxt parlamır. Əslinə onun özü təkdir (cismani). Ruhunda isə hər kəs özünü biraz tapa bilər,- Mən qədər, məndən daha az və ya məndən daha çox… Bilmirəm bəlkə də onun özü qədər… Ona mənim aktyorum demək həm günahdır, həm də haqsızlıq. Günahdır ona görə ki, o, səhnə ilə nəfəs alır- tək mənim aktyorum yox, həm də səhnənindir. Haqsızlıqdır ona görə ki, onu bu qədər insan sevir. Bu qədər sevgiləri gizlətmək olmaz. Axı onu irəlidə daha çox tamaşaçı sevgisi gözləyir…

Biraz Bakıxasiyyətlidir- küləkli xarakteri var… Sən bir onun obrazlarına bax. O külək onun obrazlarında da əsir. Külək xasiyyətli, gözündə günəş parıltısı olan biri mütləq ki aktyor olmalıdır.

İndi deyəcəksiniz ki, görəsən, bu qız hər dəfə belə diqqətlə baxır ?! - Yox. Bu da bir iş idi. Ki,tamaşa davam edə- edə çevrilib zala baxdım. Hamının gözü onda idi. Kimisi maraqlı obraza baxırdı, kimisi yekunu gözləyirdi, kimisi də… Nə isə, keçək əsas məsələyə. Daha doğrusu qayıdaq əsas məsələyə. Səhnədə bütün hərəkətlərində yalvarış görürdüm. Bu yalvarış qətiyyən insanlara deyildi. Onun hər hərəkətləri sanki səcdə idi. Ki, “Allahım, nə yaxşı məni aktyor yaratmısan”. Bəli, məhz yaratmısan. Axı aktyorluq öyrənilmir. İnsan mütləq o talantla doğulsun ki, həmin istedadın da zamanla elminə yiyələnsin.

Səsi, əlləri, bütünlüklə hərəkətləri “mən də varam” deyir. Onun rolları da özü qədər fərqlidir. Bu fərqlilikdə bəşərilik də, gözəllik də, sufilik də- hər şey var. Sadəcə onları görmək üçün biraz diqqətli olmaq lazımdır. Bir az?- Bu “bir az” artıq insanın özündən aslıdır. Kim nə böyüklükdə baxacaqsa, “O” böyüklükdə də görəcək.

Tamaşa bitir və hər kəs ayaq üstə alqışlayır…. Sakit- sakit baxışlarla zalı süzüb, iti addımlarla səhnədən qrim otağına qaçan “mənim aktyorum” idi

Əntiqə Səməndər

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar