Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu qədər qoyunu harda saxlayacam? - Akəm Xaqanın bayram təbriki

Tarix: 01-09-2017 17:09     Baxış: 31 274 A- / A+
Bu qədər qoyunu harda saxlayacam?

Bu gün dost-tanış bayram təbriki adıyla bir sürü qoyun göndəriblər. Qayğılarım artıb, başımı itirmişəm. Məni dərd götürüb ki, bu qədər qoyunu harada saxlayacam.
Hələ ev tikməkdən danışmıram. Adicə tövlə tikmək üçün içazə almağa bir ətək para lazım. Dalınca da bu işə "məsul edilmiş" bir sürü "portfelli qurd" gələcək idərələrdən üstümə. Hərəsinin də öz haqqı, öz ədası. Sonra da ölkəni dələduzların cənginə buraxmış polislər. Biri gedib, o biri gələcək...
Başım qarışacaq gəlib, gedəni razı yola salmağa. Beləcə qoyun-quzu yaddan çıxıb, qalacaq başsız. Ana təbiətin qoynunda Baş ÇOBAN olmaq nə qədər xoş olsa da, nə yazıq ki, günüm göy əskiyə bükülmüş, gecəm də elə qara olacaq ki, da nə deyim. Odur ki, ta mənə qoyun gördərməyin. Elə ikicə kəlmə ilə təbrik edin, yetər. Qoyunlar da imkan tapıb dincəlsin, otlasın.


Akəm Xaqan

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar