Sizin Reklam Burada
Xəbər lenti
20-04-2026
19-04-2026
BÜTÜN XƏBƏRLƏR

Haqqında yazı yazdığın müəllif sənin "əsirin" deyil...

Tarix: 20-12-2023 22:38     Baxış: 31 203 A- / A+

Sevinc Qərib

Yaradıcılığına diqqət göstərdiyin, haqqında yazı yazdığın müəllif sənin "əsirin" deyil. Yazmısan, yaxşı eləmisən. Bu, o demək deyil ki, o adam davamlı sənin xidmətində dayanmalı, hər dediyinə, yazdığına münasibət göstərməlidi...
Etdiyin işə qarşılıq gözləmək, mənəvi azadlığı madiyyatın  cənginə verməkdi. Nədir bu təmənna? Belə çıxır ki, yazı məqsədli yazılıb, əslində yaradıcılıq filan maraqlı deyil. Ürəkdən gələn, ruhun diktəsi ilə yazılan hər hansı mətnin müəllifi umacaqlı ola bilməz. Yaradıcılığı təmənna ilə "dəyərləndirənlərin" səmimiyyətinə, söz sevgisinə inanmıram.
Özün üçün yazırsan axı. Ruhunu sakitləşdirmək, duyğularını dilləndirən, hisslərinə hakim kəsilən yaradıcılıq nümunələrinə heyranlığını ifadə etmək ehtiyacını yazıya köçürürsən.
Unutmuşam e yazdıqlarımı, kimdən, nə vaxt... 
Şeirlərini paylaşdığım, yaradıcılığı haqqında kiçik mətnlə olsa da münasibətimi sərgilədiyim müəlliflər var ki, dostluğumu tərk ediblər. Nə incimirəm, nə küsmürəm, nə də qeyzlənmirəm. Və kimisə "əsarətimdə" saxlamaq niyyətim yoxdu. Yəni düşüncəmə, xarakterimə yaddı bu cür yanaşma. Ayrı-ayrı müəlliflərin şeirlərini paylaşmaq, haqqında yazmaq mənim istəyimdir, oxuduğun an könlünü boyayan söz rəngi ilə başqa könülləri boyamağın, içini çulğayan qarışıq hissləri paylaşmağın nəyi pisdir axı?!!
Sevgi təmənna umulacaq qədər kiçik olmamalı. Umulursa, o sevgi deyil...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar