Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Zelenski Baydenin qurbanı durumuna gətirilib

Tarix: 21-11-2023 17:55     Baxış: 22 256 A- / A+
Dünyamızın sülhə, əminəmanlığa ehtiyacı var...


Rövşən Hüseyinli,
 Azərbaycan Jurnalistlər Birliyinin üzvü. 



Artıq qərb dünyanın nəbzini yoxlayır. Ukrayna Rusiya müharibəsinin gedişində gözəçarpacaq durğunluq hiss edilir. 
Dünyaya “demokratiya ixrac edən” qərb böyük bir ölkəni parçalanma halına gətirdikdən sonra, öz missiyasını başa çatdırmağa çalışır. Sual olunur, ukrayna avropaya nə kimi təhlükə törədirdi? Və nəyə görə böyük bir əraziyə sahib olan 50 milyondan artıq vətəndaşı olan bir ölkə müharibəyə cəlb edildi? Özü də kiminlə, öz qan qardaşlarıyla.  Demək olar ki, iki slavyan xalqı biri-birinə düşmən kəsildi, qan tökdü. Həqiqətənmi qərb ukraynaya demokratiya gətirmək üçün gəlibmi? - bu gün baş verənlər onu göstərir ki, qərb rusiya ilə açıq mübarizədən çəkindi. İstənilən hücumun ağır bədəlinin olacağını hiss edərək geriyə addım atmağa başladı. Bu gün konqresdə və senatda dinləmələr və verilən qərarlar onu göstərir ki, qoca Bayden Putinlə açıq mübarizəyə, müharibəyə getməkdən çəkindi. Nəticə olaraq addım-addım Zelenskini masaya oturtmaq və parçalanmış ukrayna olaraq kapitulyasiya aktına qol çəkdirməkdir. Son günlər rusiya ukrayna cəbhəsində baş verənlərin heç də xoş olmayan senari üzərində hərəkət etdiyini görürük. Zelenskinin çıxışlarında bir yorğunluq və ümidsizlik hiss edilir. Qarşıdan soyuq şaxtalı qış gəlir, hər iki cəbhədə ukraynanı ağır sınaq gözləyir. İstər ön cəbhə olsun, istərsə də arxa cəbhədə. Zelenski ümidlə, inamla qalib olacağını düşündüyü bir zamanda, məğlubiyyətə məcbur ediləcəyini gözləmədiyi bir vaxtda. Məğlub duruma salınaraq təslim aktına qol çəkmək, yaxud istefaya məcbur edilərək hakimiyət dəyişikliyinə gedə bilər. Bir sözlə, demokratik prezident, xalqın sevimli artisti, təcürbəli KQB agentinin və Baydenin qurbanı durumuna gətirilib. Əzab-əziyyət çəkənsə 50 milyonluq bir ölkənin vətəndaşlarıdır. Bu gün ukrayna vətəndaşları avropa ölkələrində istismar edilir, bəli, düz oxudunuz, yalnız və yalnız istismar edilir. Avropa ölkələri öz ölkələrinin işçiyə olan təlabatlarını ukraynadan qaçqın düşən insanların hesabına təmin edir. Böyük ümidlə ukraynada sülhün bərqərar olacağına ümid edirəm və yazımı böyük Hüseyn Cavidin sözləri ilə bitirirəm. “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar