Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tanrı uğursuz yaradıcıdı, problem yer üzündə-meydançada da ola bilər

Tarix: 19-11-2023 10:53     Baxış: 31 655 A- / A+

Ədəbiyyatın oyun sahəsi - bilgi ağacının zəhərli meyvələri

                                 KƏRAMƏT

...sən bunun adını "yaradıcılıq laboratoriyası", "bədii düşüncə müstəvisi" kimi vəsflərlə bəzəyə bilərsən ki  alimanə görünsün, avam adamların gözlərini parıldadasan. 
Oz meydançan yoxsa, başqasının qurduğu ədəbi meydançada oynayacaqsan. Təbii ki, bədii düşüncənin oyun qaydalarına uymaq zorundasan. "İzm"ləri, janrları (şəkilləri) sən yaratmamısan, sənin -mənim düşüncə ağacının məhsulu deyil. Toplum olaraq, tarixi keçid mərhələrini başqalarının aşmasıyla öyrənmişik, iz varsa, getmək olar, qorxumuza yer qalmır, belədi.
Yeni düşüncədən, ərazidən, tanımadıq tale-adamlardan qorxuruq..rahatlıq aramaqsa, yaradıcılıq deyil, sən bunu məndən yaxşı bilirsən.
Zehnində qurduğun meydança nədir bəs? Sənəqədərki zehni təcrübə, tarixi köklər, gövdə...əgər bunları mənimsəməmisənsə, ümumiyyətlə, əvəzedici oyunçular skamyasında da sənə yer verməzlər.
"Tanrı zər atmağı sevməz" deyirdi Eynşteyn, mənim də xoşuma gələn deyimdi. Amma bizlər-insanlar Tanrının yer üzü boyda nərdtaxtaya atdığı zər(lər) deyilikmi?-düşündüm. Əlbəttə, Tanrı oyunun nəticəsini qabaqcadan bilir, qənaətini gücləndirirdi dahi Albert. 
TANRININ UĞURSUZ OYUNU...pıçıldayıram öz-özümə. 
"Seçilənlər" adlı essem vardı, xatırlayıram, orda yazmışdım ki, yaratdığının yaradıcı olmasını istəməyən Tanrı, yaradıcı insanları cəzalandırır həmişə. Düşüncəmi davam etdirirəm.. Tanrı uğursuz yaradıcıdı, problem yer üzündə-meydançada da ola bilər.
"Zamanın qısa tarixi"ndə (S. Havkinq) Yerin tükəndiyi, insanın yeni yerə-meydançaya ehtiyacı olduğunu vurğulanıb, onu da xatırladım. Bəlkə biz təbiətlə, həyatla doğru "rəqs" etməmişik..guya gedib başqa yerləri də korlamayacağıq, hörmətli alim-peofessor. Yox, sən sadəcə zaman təsbitində haqlısan.
Başqa zaman meydançasında bu zamandan heç nə qalmayacaq..
Belə bitirim: Yaradıcılıq uğursuz cəhdlərdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar