Xəbər lenti
Sabaha gedən yol elmdən keçir...
Təranə Dəmir.
AYB- nin üzvü.Şair- publisist.
"Qızıl qələm" mükafatçısı.
Təlim və tərbiyənin bünövrəsi ailədən başlamalıdı. Böyüyə hörmət, nizam- intizam, milli-mənəvi dəyərlərə sevgi, elmə,təhsilə məhəbbətin təməli böyüyüb, boya başa çatdığın evdə qurulmalıdı. Sağlam düşüncənin, sağlam gələcəyin , sağlam fikrin formalaşmasında ailənin böyük rolu və dəstəyi olmalıdı. Bir sözlə sağlam ruhlu insanlar yetişdirməkçün sağlam tərbiyə önəmlidi. Amma nədənsə alışmışıq bütün yükü məktəbin və müəllimlərin boynuna yükləməyə.Axı bünövrəsi olmayan bina nə vaxtsa uçulub töküləcək . Uşaqlar vaxtın çox hissəsini evdə ailəsi ilə keçirir. Valideynin dediyi qanundu. Həm də onların aşıladıqları fikirlər uşaqların ağappaq yaddaşına möhkəmcə hopur, onlarda özünəməxsuz düşüncə formalaşır. Sonradan neyləsən də bu fikirləri onların şüurundan silib təmizləmək olmur.Lap silsən də izi qalır. Son zamanlar orta məktəblərdə xoşagəlməz hadisələrin çox şahidi oluruq. Gizli çəkilişlər, bütün günahı məktəbdə və müəllimlərdə axtarmaq marağı, qarşı tərəfi cəzalandırmaq həvəsi nədən və hardan qaynaqlanır? Suallar çox olduğu qədər, cavablar da fərqlidi. Bircə onu bilirəm ki, heçnə birtərəfli deyil. Əgər müəllim rüşvət alırsa onları rüşvətə alışdıranlar yenə bizik. Uşaq danlanırsa yenə səbəbkar özümüzük .Demək nəyisə düzgün etməmişik. Hər yükü məktəbin boynuna yıxmaq nə dərəcədə doğrudu? Axı yetərincə təlim- tərbiyəsi yerində olan şagirdlərimiz də var və onlar həm məktəbin , həm ailənin, həm də bütövlükdə bu ölkənin fəxridilər. Uşağın bazası da olmalıdı. Düşünmə qabiliyyəti, zəkası onların düzgün yetişməsində, hərtərəfli formalaşmasında böyük rol oynayır. Ən azından biz bu diktəylə böyümüşük. İndi isə məktəbdə gizli çəkilişlər aparmaq, müəllimlərə , məktəbə ögey və soyuq münasibət sərgiləmək adət halını alıb. Şagirdin təlim- tərbiyəsində , davranışında, təhsilində bütün ağırlığı və günahı müəllimlərin çiyninə yükləmək əlbəttə ən asan yoldu.Bununla məsuliyyətdən yaxa qurtarmaq daha asandı demək. Amma bu dəfə vəziyyət bir az başqa cürdü. Bu dəfə gizli çəkiliş elə məktəbin müəllimi tərəfindədi .Özü də aradan uzuj müddət zaman məsafəsi keçdikdən sonra müəllimi nə vadar edib bu hadisəni ictimailəşdirməyə? Söhbət Hacıqabul rayonu Kolanı kənd orta məktəbindən gedir. Orta təhsil aldığım , daşına,divarınacan məbəd sandığım , həmişə hörmət və ehtiramla andığım məktəb. 80 ildən çox tarixi müddətdə respublikanın ən qabaqcıl təhsil ocaqlarından sayılan, adlı- sanlı həkimləri, jurnalistləri, müəllimləri, mühəndisləri ,alimləri ilə öyündüyümüz bu məktəbin adının bu şəkildə hallanmasını heç istəməzdik. Bir az da dərinə gedəndən sonra başa düşdük ki, bu qərəzli və olanlı şəkildə hazırlanmış qara puyar kompaniyasıdı. Məktəbin direktoru Arifə Əliyevanın səsini gizli şəkildə qeyd edib ictimailəşdirən müəllim də heç bu məktəbin yetirməsi deyilmiş. Görünür müəllim olsa da gizli səs yazmanın məsuliyyətini və qanuna zidd hərəkət olduğunu anlamır. Hər il respublikanın müxtəlif ali məktəblərinə abituriyent uğurlayan bu məktəbə ən böyük haqsızlıqdı bu həm də. 9- cu sinif şagirdlərinin buraxılış imtahanında göstərdikləri aşağı nəticədən narazı qalan Arifə Əliyevanın əsəbi halda uşaqlara bildirdiyi haqlı narazılığı və bir az da emosianal çıxışını gizli çəkilişlə yazıb yayan və ictimailəşdirən müəllimə sadəcə ar olsun deyirəm. Burda jurnalist səriştəsizliyi də özünü açıq aydın biruzə verir. Məsələni aydınlaşdırmadan ictimaiyyət arasında məktəb haqqında yanlış fikir formalaşdırmağa çalışan jurnalist yəqin ki, tutduğu əməlin məsuliyyətini yaxşı dərk edir. Arifə Əliyeva savadlı, peşəsinə sevgi və ehtiramla yanaşan müəllimdi. Yetərincə emosiyasına və hisslərinə sahib çıxan, təmkinlə hərəkət edən pedaqoqdu həm də. Bu səs yazmasındakı emosiyası da şagirdləri və məktəbi qabaqcıllar sırasında görmək arzusundan və istəyindən irəli gəlir. Hər müəllim peşəsinə və vəzifəsinə belə məsuliyyətlə yanaşmır məncə. Amma bu hadisəni ictimailəşdirməklə Arifə müəllimə bəraət və haqq qazandıranlae və hətta alqışlayanlar belə həddən artıq çox oldu. Bir sözlə "Qonaq umduğunu yemədi".Mən inanıram ki, bu işdə məktəbin durektoru yox, əks tərəf məsuliyyətə cəlb olunacaq. Həm də dövlətimizə və qanunlarımıza inanaraq deyirəm .
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar