Xəbər lenti
"İntelektual vicdansızlıq" necə və harda yaranır?
KƏRAMƏT
....mən harada olur olsun, 100%-lik ədalətin olduğu cəmiyyətin varlığına inanmıram, özünü kamil sayanın nadan, müqəddəs sayanın daha çox günaha batdığını özüm kimi bilirəm.
Normalda müəyyən savada-nəyin nə olduğunu bilənə anormal təsirlər az olsun gərək, axı, o, bilir nəyin nə olduğunu.
"ÇÜN Kİ..İLƏ BAŞLADI HƏR ŞEY"..bu ortabab görür ki, nümunə nədir və nə etsə, mənsəb qazana bilər. Normalın, intellektin, ağlın yerini bicləşmə addım-addım ələ keçirir. "Neyniyim axı, dolanmalıyam, bağım da, evim də, maşınım da, Fəxri Xiyabanda bron məzarım da olmalıdı".
Əlbət, niyə olmasın ki, yalaqalığa münbit şərait, aşağı profilli gicbəsər rolu oynamalısan ən azından, özünü dəliliyə vura-vura bir də görürsən ki, artıq ipləmə dəlisən,, heçkim olmalısan ki, bir şeyə (məhz "şey") çevriləsən, Kafkanın "Çevrilməsi" deyil bu.
Yəni bir türk filminin adıyla eynən: "Namussuzum ki, namusluyum". Burda "namus" kəlməsi fiziksəl anlam yox , mənəvi-əxlaqi məna daşıyır.
İnsan da cəmiyyətin , yaşadığı mühitin rəngini alır, buqələmun təkcə kərtənkələyə xas rəng dəyişməsi deyil. İnsanda xasiyyət, mənəvi errosiya, çoxüzlülük, xaraktersizlik, hərşeylik-heçnəlik-debillik yaradır boz mühit. Gər yer beləmi? Yox, qardaşım , pisliklər, yalaqalar və s.-lər var olub, amma heç zaman və məkanda nümünəyə çevrilməyib.
Əlbəttə, mən nəyisə dəyişmək üçün fikir bildirmirəm, ən azından, harda , hansı ədəbi mühitdə yaşadığımızı təsbit edib dilə gətirirəm. Ən azından cəhənnəmə odun daşımır, cəhalət yaymlamıram, çaba sərf edirəm, özümüzü görək...əlbəttə, mən də səninlə-sizinlə eyni zibilqabıdayıq.
"Ədalət yoxdusa, o dövlət yoxdur",-deyirdi Fateh Sultan Mehmed..
əslən yəhudi olan "Leon" filmindən tanıdığımız Matilda rolunun ifaçısı (ad, spyadını unutdum) 1 milyonluq mükafatdan imtina etdi srağagün, -Mən İsrail prezidentini öyə bilmərəm, qatil dövlətdən mükafat ala bilmərəm,-dedi!!!
"Özünə qarşı çıxmaqla başladı hər şey".
Əslində, mən sizi yox, özümü söyürəm.
Heç zaman özünüizaha-bəraətə çalışmamışam, boş ver getsin.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar