Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Vidadi Həsənov hansısa səfeh "tiktoker" deyil axı...

Tarix: 05-02-2023 20:18     Baxış: 33 377 A- / A+

Sevinc QƏRİB

Nə qədər düşük, bambılı, içiboş, hay-küyçü adamlar var e bu ölkədə. Heç vaxt sevmədim və sakit qarşılamadım "bura Azərbaycandır, burda hər şey olar" ifadəsini. Vətənimin, millətimin aşağılanması kimi qüruruma, mənliyimə toxundu. Di gəl ki, çox sayda insanımız mütləq şəkildə bu ifadənin haqqını vermək üçün əldən-ayaqdan gedir. İllah da adamın ümidlərini puç etməlidirlər. Bu günlərdə bir yazımda 90% insanımızın yazıları oxumadan, başlığa və ya kimdənsə eşitdiklərinə istinadən qışqır-bağır saldığını qeyd etmişdim. Dünəndən bəri faiz məsələsində tərəddüd edirəm. 95-ə də şübhəm var artıq, 98-də qorxuram çox olsun. Nə isə...
Deməli, Xalq artisti Vidadi Həsənov hansısa verilişdə qadın haqqında düşüncələrini bölüşüb. Dünən qarşıma çıxdı, sosial şəbəkədə. Adını unutduğum sayt sənətkarın fikirlərini "Qadın düşünsə ki, kişidən ağıllıdır, böyük səhv edər" başlığı ilə paylaşmışdı. Vidadi bəyin sənətinə, şəxsiyyətinə olan hörmətimdən maraqla linki açdım və oxudum. Heç ağlımdan da keçmədi ki, sənətkar uyğunsuz, aşağılayıcı, xoşagəlməz  fikir söyləyə bilər qadın haqqında. Mümkün deyil yəni. Başlığa çıxarılan cümlə müəllifin fikrini tam olaraq əks etdirməsə də, kəskin bir dəyişiklik, və ya əlavə yox idi. Müəyyən qədər konteksdən çıxarılmış kimi görünsə belə...
Yazının linkini açmazdan əvvəl rəy yerində yazılanlar diqqətimdən qaçmadı. Yenə boş -boş rəylər, gic-gic sözlər... Bəziləri isə əməlli-başlı  mədəniyyətsizliyini sərgiləmişdi. Ağlına gələni yazmaq, işin əslini bilib- bilmədən hay-həşir salmaq nəyin göstəricisidir?! Həmən dalağım sancdı ki, bu "qəhrəmanlar" mətni oxumayıblar. Axı mətndə qadın aşağılanmır, əksinə qadın adı yüksəkdə tutulur:"Qadın, ilk növbədə elə qadın olmalıdır. Qadın gözəllik və ağlın harmoniyasıdır..."
Vidadi Həsənovun xarizması, xarakterini bəlirləyən vüqarlı baxışı, sadalamadığım müsbətləri uzaqdan belə onun ədəb-ərkanlı, özünü- sözünü bilən, sayğılı biri olduğunu biruzə verir. O hansısa səfeh "tiktoker" və ya gündəmə gəlmək üçün min hoqqadan çıxan sıradan biri deyil axı. Xarakterinin, şəxsiyyətinin bütövlüyü hər bucaqdan özünü göstərir.  Belə bir adamın haqqına girmək, sözünü yozmaq və ünvanına təhqiramiz nələrsə yazmaq cahillikdən də o yana küyçü təfəkkürünə sahib olmaqdır.
Ən çox beynimi döyəcləyən rəy isə təxminən belə idi: "Qadındı e, kişini atadan-anadan, qardaşdan-bacıdan eləyən. Nə ağılsız..." Bu hərəkəti, davranışı qadının ağıllı olmasını göstərən amil kimi düşünən, düşünmək o yana qalsın, rəy əvəzi ortaya qoyan adam hansı ağıldan danışır?! Həyasızlıq, abırsızlıq, dikbaşlıq... niyə ağıl göstəricisi olsun ki? 
Və beləcə "ağıl dəryaları" başımızı ağrıtmaqda israrlıdırlar. Niyə axı bilmədiyi, oxumadığı bir şey haqqında "fikir söyləmək", rəy yazmaq məcburluğu duymalıdı insan? Aqressiyasını püskürmək bəhanəsi ilə hər yerdə günahkar axtaran, çatışmazlıqlarını qışqırmaq, başqalarını təhqir etməklə gizlətməyə çalışan bu tip insanlardı elə ən çox qadını aşağılayanlar. Qadın müdafiəçiləri oldular guya bir anda. Nə bilim vallah...
Düzələcək tərəfi bəlkə də var. Amma bunun yaxın zamanda olacağıı təəssüf ki, görünmür. Səbr arzulamaq da, "yaxşı olacaqlar"a ümidlənmək də usandırır adamı. Bəlkə də səbrin sonu həqiqətən gözəllik olacaq...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar