Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

Akəm Xaqanın "İki qadını ayıran pəncərə"dən baxışı

Tarix: 16-04-2017 18:39     Baxış: 3727 A- / A+
Akəm Xaqanın "İki qadını ayıran pəncərə"dən baxışı


Saytların biri Kənan Hacının "İki qadını ayıran pəncərə" hekayəsini təqdim etmişdir. Oxuduqca məni sehirləyən bu hekayənin təhlilinə marağım artdı və təəssuratımı bölüşmək qərarına gəldim. Diqqətinizə çatdırım ki, özüm bir oxucu olaraq da nələr hiss etdiyimin fərqindəyəm.

Mənə elə gəlir ki, xəyal ilə gerçək arasında zamanını itirmiş adam, qatara gecikən və təlaşdan başını itirən sərnişindir. Kiçik bir hekayə ilə təsvir olunan mənzərə də, əslində, olum və ölüm arasında uydurduğumuz bir yolçunun böyük həyat nağılıdır. Söz yox ki, xəyalı uzaqlarda olan, üfüqləri fəth etmək istəyən qız elə gəncliyin özüdür. At muraddı və niyyətinə üz tutaraq yola çıxan üçün yol yoldaşı hesab olunur. Qıza qüdrətli bir səltənətin şahzadəsi kimi baxış sərgiləyən adamın yaşa dolunca əlçatmaz görünən üfüqləri xəyalına sığışdıra bilmədiyi üçün qonaq qismində, pəncərənin bu üzündəki qaranlıqda uyuyan bir ümidə qızınaraq boylanması təbiidir. Diqqətimi çəkən bu səhnə uzun zaman düşüncələrimi məşğul etdi. Bu məqamda xatırladım ki, "kraliça" ifadəsinin "şahzadə" ilə əvəzlənməsi və bu yöndə təsvir qurmağın daha uyarlı olduğu məqsədəuyğundur.

"Yalı çiyinlərini oxşayan at boynunu qıza tərəf elə əymişdi ki, sanki ərlə arvad şəkil üçün poza verirdilər.", "Sükut alışqanın şaqqıltısından hürkdü", "Mığmığalar dəcəl uşaqlar kimi sükutun üzünü cızıq-cızıq eləmişdilər" və "Çöldəki qaranlıqla yataq otağına hakim olan qaranlıq sanki iç-içə keçmiş, bir vücuda çevrilmişdi" kimi işlədilən bənzətmələr fikrin daha aydın, mənzərənin daha işiqlı görüntüsünü ifadə etməyə yardımçı olur. Kənan Hacının elə bu məharətinə hekayənin uğuru deyə bilərik.

Təbii ki, hekayənin mövzusu, qismən də olsa, yaşanmış və oxşar səhnələrə meydan verərək düşüncələri sahmanlayır. Müəllifin yazı üslubu da düşüncə və yaşam tərzindən keçərək sərgilənir. Eləcə də, sadədən daha çox mürəkkəb cümlələrlə çatdırılan fikirlər müəllifin yorğun görünən gerçəyidir: "-Özü də yorulmuşdu, başqa adamların hekayətlərini yazmaqdan bezmişdi."

Əslində başqa qadın axtarışı və zavallı davranışların fonunda gözlənilən ümid sonluqda ötürülən mesajın tərkib hissəsidir. Söz yox ki, bu düşüncələrə gəlincə, bir ömürlük zaman xərclənmış olmalı. Hansı ki, gəncliyin əlçatmaz uzaqlara çəkilməsi ilə qocalığın daha çox yaxın düşdüyündə anlaşılan etiraflar dilə gəlir. Uğurunu uğursuzluq kimi dəyərləndirməkdən çəkinərək könlündən allahlıq keçirir, ölməzlik arzulayaraq gələcəyinin təsəvürə gəlməz bir sonsuzluqda əridiyini müşahidə edərək: "Pəncərədən çəkildi, siqaretin kötüyünü külqabıya basıb söndürdü və çarpayıya uzandı. Qolunu qadının belinə dolayıb özünə sıxdı"-deyə dilinə gətirmək istəmədiyi düşüncələrini üzür, hekayəni bitirir və hər şeyi yenidən zamanın hökmünə buraxır.


Akəm Xaqan

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar