Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Tarixə çevrilən 8 may

Tarix: 09-05-2022 13:19     Baxış: 36 576 A- / A+
 

                                        Rəfail Tağızadə

Şuşa. Qarabağın incisi, tacı. Müqəddəs məkan. Mədəniyyət beşiyi. Hər daşı bir tarix olan şəhər.        
İlyarım öncə Şuşa haqqında ancaq xatirələrdə, xəyallarda, keçmiş zamanlarda danışırdıq. O yaşantıları ifadə etmək çox çətin idi. Hər şey ağrılı-acılıydı. Məğlub vətəndaş adından utanan əyilmiş başı qaldırıb nə yanındakı uşağın üzünə, nə mənən yox olan özünə, nə də səndən indi çox uzaqlarda qalan dağlara baxa bilirdin... İtməyən ümidlərə, gümanlara bel bağlayıb, məhəllələrin xatirə pillələrini qalxıb Cıdır düzündən ətrafa baxmaq istəyirdin. Gördüklərin ürəyini yandırırdı. Ermənilər erməniləşdirmək istədikləri Şuşada toy-bayram düzənləyib, festivallar keçirirdilər. Yallı gedirdilər. 28 il idi ki, ermənilərin Qarabağ savaşında ən böyük qalibiyyət saydıqları Şuşanın işğal gününü - 8 mayı -  cəbhə xəttindəki mövqeyimizlə üzbəüz, Xocavəndin Qarakəndindəki erməni qadını heykəlini qıpqırmızı işıqlandırıb, səmaya işıq saçan güllələrlə “8 may” yazaraq təmtəraqla qeyd edirdilər. Atışma səhərədək davam edirdi. Hər kolu, hər ağacı, hər daşı sənə doğma olan yurda atəş açmaq özünə atəş açmaq kimidi. Ağdamın Abdal-Gülablı kəndindən gələn, ermənilərin fəxri “Şuşa” batalyonun tankı olduğundan narahat olmağa başlayırdıq. İndi getmək, dincəlmək istədiyimiz o cənnət məkandan işığın gəlməsini istəmirdik. Zamana, taleyə bir bax... Ermənilər Şuşanı alanda “qələbə sevinci yaşadıq”larını, Ağdam işğal olunanda “Azərbaycanın mənəviyyat sütunu sındı”, - deyə yazırdılar. İnama, ümidə bir qığılcım, alışıb-yanan arzumuza, istəyimizə ani bir fürsət, məqam lazım idi. İçimizi yandıran arzular “İrəli!” əmrinə hazır idi. Bu istəyin qarşısında heç nə tab gətirə bilməzdi. Hətta dünyanın ən güclü ordusu da. İstəyin alovu qarşısına çıxan hər şeyi əridir. Bəli, insanın qalibiyyət sevgisi amansız olur. Qаrаbаğ, gedib yenə gələcəyik, yurd uğrundа sоn sаvаşdа biz ölümə güləcəyik – deyirdik. Dediklərimiz həqiqətə çevrildi. Ruhu qarşısında hər zaman baş əydiyimiz Şəhidlərimiz bu döyüşdə ölümə gülə-gülə gedərək Qələbə qazandılar. Qəhrəman döyüşçülərimizin sayəsində alınmaz, keçilməz qala 2 minlik erməni ordusuna qarşı az sayda döyüşkən vətən sevdalı igidlərimizin sayəsində fəth edildi. 2020-ci ilin 8 noyabrında qəhrəman ordumuz hərb tarixinə düşəsi bir qəhrəmanlıqla Şuşamızı işğaldan azad etdi. Zirvə sahibinə qovuşdu. Artıq Şuşaya gedən hər kəs Xankəndində müvəqqəti yaşayan ermənilərə o yüksəklikdən baxır. Qələbələr təkcə torpaqları qazandırmır, həm də mənəvi uğur gətirir. Əzabları unutdurur. İnsana qürur verir. Uşaqlıq xatirələrimizin azdığı dağıdılmış Şuşa gözəlləşir, nişanələrimiz öz yerini tapır. Torpaq addım izlərimizin səsini eşidib sevinir. Şuşa mədəniyyət mərkəzinə çevrilir. Əvvəlki ad-sanı özünə qayıdır. Turistləri, rəsmi qonaqları qəbul edir.  İndi cənnət Qarabağın dilbər guşəsi Şuşanın Çıdır düzündə müsiqi festivalları keçiririk. Azərbaycan tarixinin qara səhifəsi olan 8 mayı unutduracaq günün məhz noyabrın 8-i seçilməsi təsadüf ola bilməzdi. Bu mütləq əvvəlcədən düşünülmüşdü. İnsan yaddaşına həkk olunan qara rəqəmin acısını o rəqəmin sevinci ilə unutmaq, unutdurmaq olardı. Şuşanın düşməndən azad olunduğu 8 Noyabr ilə. 8 Noyabr Zəfər Bayramımız olaraq bütün qara 8-lərin üstündən xətt çəkdi. Bu bütün məğlubiyyətləri, ağrı-acıları unutduracaq elə möhtəşəm Qələbə idi ki, onun sevinci bir ömrə bəs edər. 8 Noyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfərlər zəfəri oldu. Qəhrəman ordumuz 8 mayı tarixin arxivinə atdı.   Bizə Qələbə sevinci yaşadan Şəhidlərimizin ruhları şad olsun! Qazilərimizə şəfalar diləyirik!                                                                                    

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar