Xəbər lenti
Lənkəranskinin dəstəsinin həbsdən buraxılmasının səbəbi məlum oldu -VİDEO
Nijni Tagil məhkəməsinin mərhum "qanuni oğru” Rövşən Lənkəranskinin (Rövşən Canıyev) dəstə üzvlərinin həbsdən buraxılmasının səbəbi məlum olub.
Manevr.az-ın məlumatına görə, modern.az Rusiya mediasına istinadən xəbər verir ki, quldur basqınında və zorakılıqda şübhəli bilinənlərə qarşı belə humanitar münasibətə səbəb istintaqla sövdələşmələridir.
Mənbə bildirib ki, dəstə üzvləri zorakılıqla bağlı 5 epizod üzrə etirafedici ifadə veriblər. Onlar göstəriblər ki, sahibkarlardan müxtəlif məbləğlərdə - 15 mindən 220 min rubla qədər pul "qoparıblar”.
Məhkəmə bunu diqqətə alaraq qruplaşmanın 5 üzvünə qarşı həbs qətimkan tədbirini dəyişib. Bunlar 47 yaşlı Q. Xıdır, 22 yaşlı İ. İlkin 23 yaşlı M.Orxan, 23 yaşlı M.Asim və 30 yaşlı B.Telmandır.
Onlar hazırda ev dustaqlığındadır. Qeyd edək ki, istintaq əvvəlcə dəstəni 30-dan çox cinayətdə iştirakçı hesab edirdi.
2016-cı il avqustun 4-də güc strukturları ötən ilin yayında İstanbulda öldürülən, əvvəllər "qanuni oğru” Rövşən Lənkəranskinin himayəçiliyi altında fəaliyyət göstərən dəstənin 30 üzvünü saxlayıb.
Sonda onlardan yalnız 5 nəfəri barəsində həbs qətimkan tədbiri seçilib, biri ev dustağı edilib.
Müstəntiqlərin sözlərinə görə, darmadağın edilən qruplaşma 90-cı illərin formasında fəaliyyət göstərib. Onlar "qanuni oğru” Rövşən Lənkəranskinin adından istifadə edərək yerli iş adamlarından pul tələb ediblər.
Bundan əlavə, Rövşən Lənkəranskinin dəstəsi oğurlanmış maşınların satılması ilə məşğul olub. Qruplaşmanın qərargahı və "haqq-hesab” çürütmək yeri Nijni Tagilin Çilovski küçəsindəki "Next” serb mətbəxi kafesi olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar