Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ölən kişini pulunu çıxarmaq üçün banka apardı

Tarix: 18-10-2020 22:18     Baxış: 3438 A- / A+
Ölən kişini pulunu çıxarmaq üçün banka apardı


Braziliyada bir qadın 12 saat əvvəl vəfat edən yaşlı kişini əlil arabasında banka aparıb ki, pensiyasını ala bilsin.

Xarici KİV bildirir ki, polis hesabatına əsaslanan xəbərə görə, Sao Paulo əyalətinin Campinas şəhərində bir qadın oktyabr ayının əvvəlində bank kartının şifrəsini bilmədiyindən 12 saat əvvəl ölən 92 yaşlı bir kişini əlil arabasında banka apararaq pensiyasını almağa çalışıb.

Naməlum qadın məmurları çağırıb, onu özünün əri kimi göstərib və yaşlı kişini banka aparmazdan əvvəl bank kartının şifrəsini yeniləmək istəyib.

Bank rəsmiləri kart sahibinin şifrəni yenidən yaratmaq üçün gəlməsi lazım olduğunu söylədikdə, qadın təxminən 12 saat əvvəl ölmüş kişini əlil arabasında banka aparıb.

Əlil arabasındakı kişinin hərəkətsizliyi bank işçilərinin diqqətini çəkib və qadın "Özünü yaxşı hiss etmir" deyib. İşçilər vəziyyəti həkim briqadalarına bildirib və kişinin xeyli əvvəl öldüyü məlum olub.

Sao Paulo Polis İdarəsinin rəhbəri Jose Henrique Ventura, yarılma nəticəsində yaşlı kişinin banka aparılmasından təxminən 12 saat əvvəl öldüyünü təsdiqlədiyini söyləyib.

Qadının mərhum kişi ilə uzunmüddətli əlaqəsi olduğu və bank hesablarını yoxladığını iddia etsə də, hesablarında əməliyyat aparmaq üçün lazımi rəsmi sənədlərin olmadığı bildirilib.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar