Xəbər lenti 
					
 
		Özcan Deniz erməni dilində mahnı oxudu -VİDEO

Türkiyənin məşhur müğənnisi, aktyoru və rejissoru Özcan Deniz erməni dilində mahnı ifa edib.
Manevr.az xəbər verir ki, ifa sosial şəbəkələrdə və "YouTube" internet kanalında yayılıb.
Onun ifa etdiyi "Kamança" (ən qədim Azərbaycan musiqi alətlərindən biri olan kamança mənfur qonşularımız tərəfindən erməni milli musiqi aləti kimi təqdim olunur. Tədqiqatçılar kamançanın Orta Asiyadan və ya Hindistandan gəldiyini yazırlar) adlı mahnının erməni aşığı kimi təqdim olunan Sayat Novaya aid olduğu qeyd olunur.
Xatırladaq ki, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı yaxın aylarda APA-ya müsahibəsində Sayat Nova haqqında "Əslində, Sayat Nova yox, Səyat Nəvadır. Bizim köhnə aşıqlarımız istənilən vaxt rus, gürcü, erməni dilində şeirlər deyirdilər. Səyat Nəva da erməni və gürcü dilində şeirlər yazıb. Amma onun əsas yaradıcılığı Azərbaycan dilindədir və Səyat Nəva erməni yox, Azərbaycan sənətkarıdır. Tiflisdə doğulub, azərbaycanlıdır.
Zaman içində əlimizdən getdi, ermənilər dünyaya təqdim etdilər ki, erməni aşığıdır. Onun erməni olması ilə bağlı heç bir fakt yoxdur. Mirəli Seyidovun böyük tədqiqatları var ki, o, Azərbaycan aşığıdır" demişdi.Oxu.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















