Xəbər lenti
Ermənilər daha bir Azərbaycan mahnısını oğurladılar - VİDEO
Ermənilər növbəti dəfə Azərbaycan mahnısını oğurlayıb.
Manevr.az-ın məlumatına görə, oxu.az-a danışan muğam ifaçısı Eldəniz Məmmədov bildirib ki, ermənilər bu dəfə onun mahnısını öz adlarına çıxarıb:
“Vardan Yeghiazaryan adlı erməni müğənni 2010-cu ildə oxuduğum “Gözünə qurban” mahnımı oğurlayıb. Mahnının sözləri Oqtay Kamilin, sözləri isə Tunar Rəhmanoğlunundur.
İndi də erməni müğənni eyni mənim aranjimanımla mahnını ifa edib. Heç bir dəyişiklik etməyib. Mahnımın oğurlanmasını yeni öyrənmişəm. Dostlarım bu barədə məlumat verdi.
Bu, ikinci mahnımdır ki, ermənilər müraciət edir. Bundan öncə “Qoca dağlar” mahnısını oxumuşdular. O zaman musiqiyə tanınmasın deyə müəyyən əlavələr etmişdilər. Amma bu dəfə musiqidə heç bir dəyişiklik etməyiblər. Sırf mənim kimi oxuyublar”.
Eldəniz Məmmədov qeyd edib ki, azərbaycanlılara məxsus nələrisə oğurlamaq ermənilərin əsas peşəsi olub:
“Onların xasiyyəti budur. Əclaf millətdirlər. Hər zaman musiqimizi oğurlayıblar. Həmin erməni müğənninin səsi biz tərəflərə oxşayır. Bəlkə də, Qarabağ ermənilərindəndir. Kimdirsə, bizim Qarabağ suyundan içib”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar