Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türk qadın Almaniyada ilin həkimi seçildi

Tarix: 14-09-2019 10:15     Baxış: 4493 A- / A+
Türk qadın Almaniyada ilin həkimi seçildi

Avropada tam süni ürək əməliyyatı aparan yeganə qadın həkim olan və ötən aylarda Almaniyanın ən nüfuzlu mükafatlarından biri olan Victress mükafatına layiq görülən Dilək Gürsoy, bu dəfə də "İlin həkimi” mükafatını qazanıb.
Xarici KİV-i xəbər verir ki,German Medical Award tərəfindən "İlin həkimi” mükafatına layiq görülən Gürsoy deyib: "Bir qadın olaraq belə bir uğura görə çox xoşbəxtəm. Bütün maneələrə baxmayaraq, işimi ən yaxşı şəkildə görürəm və bunu daha da inkişaf etdirəcəyəmə inanıram. İşlərimdən və ictimai fəaliyyətlərdən dolayı məni bu mükafata layiq görən qurumda Almaniyanın ən yaxşı həkimləri toplaşıblar. Yekdilliklə seçilmişəm, çox şərəf duydum".
Dilək Gürsoy böyük hədəfləri olduğunu da vurğulayıb: “Bir süni ürək mərkəzi açmaq istəyirəm. İşimi görərkən çox təzyiqlərlə qarşılaşdım və qarşılaşmaya da davam edirəm. Amma bunlar mənə mane olmayacaq. Mən qorxmadan, bildiyim yolda irəliləməyə davam edəcəyəm. Çox gözəl işlər görəcəyəmə inanıram. Bir qadın olaraq xüsusilə kişi həmkarlarımın maneçilikləri ilə qarşılaşdım, amma ən yaxşı bildiyim işi, ən yaxşı şəkildə etməyə davam edəcəyəm. 18 ildir ki, bu işi edirəm, heç kim məni yolumdan döndərə bilməz".
Mükafat mərasiminin Dusseldorfda noyabrın 18-də Avropa Tibb Sərgisində keçiriləcəyini deyən həkim Gürsoy, eyni zamanda sərgidə süni ürək sahəsindəki fəaliyyəti ilə bağlı təqdimat da edəcək. lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar