Xəbər lenti 
					
 
		Tanınmış idmançımız boğucu fəndə düşdü, huşunu itirdi - VİDEO

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sambo üzrə dünya çempionatında Azərbaycan idmançısı Bəxtiyar Abbasov (82 kq) həyati təhlükə ilə üzləşib.
Manevr.az xəbər verir ki, döyüş sambosunda mübarizə aparan Abbasov 1/8 finalda erməni David Petrosyanı 11:3, 1/4 finalda belaruslu Yevgeni Aleksiyeviçi tuşe fəndi ilə yenib.
Vaxtı ilə sambo üzrə Dünya Kubokunu başı üzərinə qaldırmış Abbasov bu nəticə ilə A qrupunun qalibi olub. O, yarımfinalda B qrupunun qalibi olan ikiqat dünya çempionu rusiyalı Dmitri Samoylovu iki dəfə yerli həkimlərə müraciət etməyə məcbur etsə də, sonda 3:7 hesabı ilə uduzub.
Nəticədə idmançımız bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılıb. O, bürünc medal uğrunda görüşdə koreyalı Taeqeun Kimlə görüşdə rəqibini fəndə salmaq istəsə də, özü fəndə düşüb. Koreyalı samboçu idmançımızı boğucu fəndlə məğlub edib.
Bundan sonra idmançımız bir neçə saniyə huşsuz vəziyyətdə döşəkdə qalıb. Dərhal millimizin baş məşqçisi Bəxtiyar Hacıyev və tibb işçiləri Bəxtiyar Abbasova ilk yardımı göstərib. Hətta hakimlərdən biri və rəqib idmançı da Abbasova kömək etməyə çalışıb. Xoşbəxtlikdən, tezliklə Abbasov özünə gəlib.oxu.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















