Xəbər lenti 
					
 
		Nurməhəmmədov və Makqreqorun döyüşündən sonra zalda kütləvi dava baş verib - VİDEO

Las-Veqasda keçirilən "UFC-229" turniri çərçivəsində baş tutan UFC-nin yüngül çəki dərəcəsində rusiyalı qalibi Həbib Nurməhəmmədov və irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor arasında döyüşdən sonra zalda kütləvi dava baş verib.
Kütləvi dava H.Nurməhəmmədovun və K.Makqreqorun komandalarının iştirakı ilə tamaşaçıların olduğu yerdə başlayıb və sonra oktaqonda davam edib.
İnsidentin mühafizəçilər və zalda olan döyüşçülərin köməyi ilə qarşısını almaq mümkün olub. Ara sakitləşəndən sonra "UFC"-nin prezidenti Deyna Uayt K.Makqreqorun komandasına xəbərdarlıq edib.
Xatırladaq ki, bu gün UFC-nin yüngül çəki dərəcəsində rusiyalı qalibi Həbib Nurməhəmmədov irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor üzərində "UFC-229" çempionatı çərçivəsində qalib gəlib. Rusiyalı idmançı rəqibi üzərində qələbə qazanaraq "UFC" çempionu titulunu qoruyub. Döyüş H.Nurməhəmmədovun 4-cü raundda rəqibinə qarşı boğucu fənd tətbiq eləməsindən sonra başa çatıb./trend
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















