Xəbər lenti 
					
 
		Azərbaycanda 3 yaşlı qıza qarşı cinayət törədən şəxslərin GÖRÜNTÜLƏRİ
Bir neçə gün əvvəl Gəncə şəhər Kəpəz rayonu ərazisində soyğunçuluq faktı qeydə alınıb. Manevr.az ARB TV-yə istinadən xəbər verir ki, Gəncə sakinləri İlkin Orucov və Seymur Quluzadə şəhərin müxtəlif ərazilərində, həyətdə oynayan uşaqları aldadaraq, onların üzərindəki zinət əşyalarını oğurlayıblar.
Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində soyğunçuluq faktının üstü isti izlərlə açılıb. 2 dost saxlanılıb.
Narkotik vasitə istifadəçisi olan dostlar elə oğurluğu da bu səbəbdən törətdiklərini bildiriblər.
Seymur Quluzadə narkotik vasitədən istifadə etdiyini təsdiqləyib: "Dərman içmişdim, Şeytan beynimizə saldı".
İlkin Orucov isə əsas işin Seymur tərəfindən görüldüyünü deyib: "Məni çağırırdı ki, gəl bloka, çıxırdı, deyirdi ki, gedək, gedirdik. Blokda tək olurdu. Əlində qızılla gəlirdi".
Hazırda polis onların digər cinayətlərdə iştirak edib-etmədiklərini araşdırır.
Qeyd edək ki, adları qeyd edilən şəxslərin qoyduqları qızın cəmi 3 yaşı olub.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 


















