Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sərkisyan istefa verdi: İrəvanda bayram yürüşü- VİDEO

Tarix: 23-04-2018 17:50     Baxış: 3876 A- / A+
Sərkisyan istefa verdi: İrəvanda bayram yürüşü- VİDEO


İrəvanda etiraz aksiyalarının 11-ci günü start götürüb.

Mitinq təyin olunduğu (08:15) vaxtdan gec başlayıb. Etirazçılar yenidən küçələri və nəqliyyatı iflic vəziyyətinə salmağa cəhd edirlər.

***

İrəvanda Tibb Universitetinin tələbələri də aksiyalara qoşulublar. Onlar etiraza ağ xalatla çıxıblar.

İrəvanda Dövlət Universitetinin tələbələri isə müxtəlif istiqamətlərdə yolları kəsməyə başlayıblar.

***

İrəvanda tələbələr mərkəzi küçələrlə hərəkət etməyə başlayıb. Bir sıra yollarda avtomobillərin hərəkəti tam dayandırılıb. Polis etirazçıları müşahidə edir.

İrəvandakı etirazların təşkilatçılarından biri olan Tiqran Avinyan haqqında həbs qərarı qəbul edilib. Avinyan kütləvi iğtişaşlarında təşkilində ittiham olunub.

***

Ermənistan Müdafiə naziri Vigen Sərkisyan jurnalistlərə deyib ki, İrəvandakı etirazlarla əlaqədar ölkədə fövqəladə hal elan edilməyəcək.

O, Ermənistandakı qanunların ordunun baş verən hadisələrə hansı vasitələrlə müdaxilə edəcəyini dəqiq müəyyən etdiyini bildirib:

“Bu müdaxilə yalnız fövqəladə hal zamanı mümkündür. Bu zaman orduya konkret vəzifələr verilir”.

***

Ermənistanın üçüncü ən böyük şəhəri olan Vanadzorda da etiraz aksiyaları başlayıb. Aksiyaya “Qloriya” tikiş fabrikinin 3000 qadın işçisi qatılıb.

Aksiyada Vanadzor Dövlət Universitetinin tələbələri də iştirak edir.

***

İrəvandakı etirazlara “Armpoçt” dövlət şirkətinin işçiləri də qoşulub. Onlar ölkədə kütləvi tətil elan ediblər. İrəvanda yerləşən Respublika Xəstəxanasının həkimləri də aksiyalara qoşularaq, Alabyan küçəsini bağlayıblar.

Vigen Sərkisyan isə jurnalistlərə açıqlama verərək yenidən Azərbaycanı hər şeydə ittiham edib. O, qondarma Qarabağ rejiminin dünən Azərbaycan ordusuyla bağlı yaydığı videonun həqiqət olduğunu bildirib. Ölkədəki vəziyyəti Azərbaycanın üzərinə yıxmağa çalışan Sərkisyan Bakının İrəvandakı vəziyyətdən istifadə edə biləcəyini açıqlayıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hakimiyyətinin yaydığı bu yalan məlumatları təkzib edib.

***

Ermənistandakı aksiyalara hərbçilər də qoşulub. Onların İrəvandakı hərbi hissələrdən birinin əsgəri olduğunu “Azadlıq" radiosuna bu şəxslərdən biri təsdiqləyib.

Digərləri isə jurnalistlərlə əlaqə yaratmaqdan imtina ediblər.

***

Artıq Ermənistanın daha 3 şəhərində - Gümrü, Vanadzor və Sevanda da aksiyalar kerçirilir.

Bu vaxta qədər aksiya iştirakçılarından 23 nəfər saxlanılıb.

***

Ermənistan Baş nazirinin müavini Karen Karapetyan Baş Prokurorluğa müraciət etmək niyyətindədir. Karapetyan Baş Prokurorluqdan Nikol Paşinyan, Ararat Mirzoyan və Sasun Mikayelyanın toxunulmazlığının ləğv edilməsini istəyəcəyini bildirib.

O, həmçinin, Paşinyanla danışıqlara gedəcəyini də deyib.

***

Gümrüdəki aksiyalarda küçələrə tələbələrlə bərabər dövlət idarələrinin işçiləri də küçələrə çıxıb. Hazırda şəhərdə etirazlara nəzarət edəcək qədər polis işçisinin olmadığı bildirilib.

***

İrəvanda 11 universitetin tələbələri aksiyalara qoşulub.

Tibb Universitetinin müəllimlərindən biri isə polis tərəfindən vəhşicəsinə döyülüb.

***

Aksiyalarda iştirak edən hərbçilərin sayı 40 nəfərdir.

***

Polis tərəfindən saxlanıların sayı 33-ə çatıb. Son altı gün ərzində isə 1000 nəfər həbs edilib.

***

İrəvandakı aksiyalarda həbs edilənlərin sayı artıq 41-ə çatıb.

***

Ermənistan Müdafiə Nazirliyi İrəvandakı aksiyalara qatılan hərbçilərlə bağlı bəyanat yayıb. Bəyanatda hərbçilərə qarşı sərt tədbirlərin görüləcəyi bildirilib.

***

Hərəkatın lideri Nikol Paşinyan azad edilib. Paşinyanla bərabər həbsdən Ararat Mirzoyan və Sasun Mikayılyan da buraxılıb.

***

Nikol Paşinyan həbsdən niyə azad edildiyinə aydınlıq gətirib:

“Məni həbsdən hakimiyyət dəyişikliyi olduğu üçün azad ediblər. Hakimiyyət xalqa keçib”.

O, həmçinin Baş nazirin müavini Karen Karapetyanla görüşünün nəticələri barədə bugünkü mitinqdə danışacağını bildirib.

***

Erməni aktivist Levon Barseqyan məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib. O, kütləvi iğtişaşların təşkilində təqsirli bilinib.

***

İrəvanın Sebastiya küçəsində naməlum şəxslər etirazçılara hücum ediblər. Hücum zamanı bir neçə gənc provokatorlar tərəfindən döyülüb. Polis hücumun qarşısını almaq üçünü naməlum şəxslərə müdaxilə etməyib.

***

Ermənistanın Çiçəklənən Ermənistan Partiyası İrəvandakı etirazlara qoşulub. Partiya hakimiyyətdən ölkədəki vəziyyətin stabilləşməsi ilə bağlı addımlar atmasını istəyib.

Qeyd edək ki, Çiçəklənən Ermənistan Partiyasına erməni iş adamı Qaqik Çarukyan rəhbərlik edir.

***

Ermənistanın Baş naziri Serj Sərkisyan istefa verdi.

***

Aksiya iştirakçılarının İrəvan küçələrində bayram əhval-ruhiyyəli yürüşü keçirilir./axar.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar