Xəbər lenti
"Belə davam edərsə, Ermənistan beş ildən sonra..."

İllərdir dərin iqtisadi böhrandan çıxış yolu tapa bilməyən Ermənistanda miqrasiya əsas problem olaraq qalır. Əvvəllər vətəndaşlar xaricə yalnız iş tapmaq üçün gedirdilərsə, hazırda işğalçı ölkəni birdəfəlik tərk edənlərin sayı kəskin şəkildə artıb.
Manevr.az xəbər verir ki, fransızdilli “Nuvel Darmeni” saytının məlumatına görə, Ermənistanda miqrasiya problemi bütün dövrlərdə olub. Lakin heç vaxt indiki kimi geniş miqyas almayıb. Bunun əsas səbəbi əhalinin ümidsizliyidir. Ermənistan vətəndaşları hökumətə inanmırlar. Ona görə də yaşamaq üçün başqa ölkələrə üz tuturlar.
Ermənistan Statistika Komitəsinin məlumatına görə, son illərdə 15 min 200 nəfər ölkə vətəndaşlığından imtina edərək getdikləri yerlərdə daimi məskunlaşıblar.
Sosioloqlar bildirirlər ki, miqrasiyanın artması Ermənistana mənfi nəticələr gətirir. Belə davam edərsə, beş ildən sonra Ermənistanda hərbi xidmətə çağırışçı tapılmayacaq. Dövlət isə vergi yığmaq üçün obyekt tapa bilməyəcək. Çünki ölkəni sosial vəziyyətləri ağır olanlarla yanaşı, iş adamları da tərk edirlər. Onları narahat edən əsas problem qanunsuzluq, anarxiya, rüşvət və korrupsiyadır. İşğalçı ölkədə S.Sərkisyan hakimiyyəti insanların gələcəyini oğurlayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar