Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Tarix: 06-05-2026 23:25     Baxış: 4236 A- / A+
Cənubi Qafqazda nəqliyyat yollarının yenidən açılması, azad ticarətin asanlaşdırılması və Avropa və Asiya da daxil olmaqla, müxtəlif regionları birləşdirən daha geniş iqtisadi şəbəkələrə investisiya qoyuluşu deməkdir.

Bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan deyib.

O hesab edir ki, bu mənada Cənubi Qafqaz Cənub-Şimal, Şərq-Qərb kəsişməsində unikal qovşağa çevrilə bilər:

“Bölgədə irəli sürülən təşəbbüslər, həyata keçirilən Orta Dəhliz və Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında malların, enerji resurslarının, fiber-optik kabellərin maneəsiz bağlantısı hamı üçün qarşılıqlı maraq kəsb edir. Bu baxımdan, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regionumuzun qarşılıqlı əlaqəsini real iqtisadi imkanlara və nəticələrə çevirəcək əsas amil ola bilər”.

Xaçatryan qeyd edib ki, əvvəllər Cənubi Qafqaz Avropa qonşuluğu və ya şərti sərhədi hesab olunurdusa, bu gün heç bir layihə onsuz strateji əhəmiyyətə malik ola və potensialını tam şəkildə reallaşdıra bilməz.

O əlavə edib ki, yeni təşəbbüslər çərçivəsində Xəzərlə Mərmərə dənizləri arasında Azərbaycan, Ermənistan və Türkiyə ərazilərindən keçən ən qısa yol istifadəyə verilir:

“Bir şey aydındır: kanalların açılması iqtisadi azadlığa, bu da öz növbəsində açıq bazar münasibətlərinə, birbaşa investisiyalara və sairə gətirib çıxarır”.

Vaaqn Xaçatryan “Tramp marşrutu”nun bu baxımdan böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar