Xəbər lenti 
					
 
		Gözlədi, əri yuxuya gedən kimi onu öldürdü

Türkiyənin Sinop rayonunda 27 yaşlı Şengül Yeşilbaş ona şiddət göstərən ərini yatarkən ürəyindən bıçaqlayıb.
Sinopun Erfelek mahalı Bektaşağa kəndində üç il əvvəl Nəcib Yeşilbaş (27) ilə evlənən Şengül Yeşilbaş (27) , qayınanası və qayınatası ilə eyni evdə yaşamağa başlayıb.
Manevr.az sabah-a istinadən xəbər verir ki, gənc qadının xoşbəxt başlayan evliliyi bir müddət sonra kabusa dönüb. Qayınanası ilə problem yaşayan gəlini həyat yoldaşı döyməyə başlayıb. Şengül Yeşilbaş işləmək istəsə də, həyat yoldaşı buna icazə verməyib. Qətlin baş verdiyi gün yenə Şengül Yeşilbaş ilə həyat yoldaşı arasında mübahisə olub. Cütlük arasında başlayan mübahisə böyüyüb. Bələdiyyədə sürücü olaraq çalışan Nəcib Yeşilbaş mübahisə etdiyi arvadını döyüb. Daha sonra cütlük otaqlarına çəkiliblər. Gənc qadın gecə yarısı mətbəxdən götürdüyü bıçaqla yuxuda olan ərini ürəyindən bıçaqlayıb.
XƏSTƏXANADA CAN VERDİ
Sinop Atatürk Dövlət Xəstəxanasına çatdırılan Nəcib Yeşilbaş həkimlərin müdaxilələrinə baxmayaraq dünyasını dəyişib. Şengül Yeşilbaş isə həbs olunub.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















