Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı müğənni həmkarlarını BİABIR ETDİ: "Restorandan yemək şəkli qoyub, pulsuz yeyib-içirlər"

Tarix: 25-03-2017 20:58     Baxış: 4344 A- / A+
Azərbaycanlı müğənni həmkarlarını BİABIR ETDİ:


Sənət aləminin tanınmış simaları İnstaqram səhifələrindəki paylaşımlardan bəhs ediblər.
"Xəzər maqazin"ə açıqlama verən məşhurların bəziləri həmkarlarını qınayıb, bəziləri isə onlara haqq qazandırıb. Onlar İnstaqramda çox sayda reklam yayımlamaqlarına belə haqq qazandırıblar:

Əməkdar artist Sevda Ələkbərzadə bildirib ki, dünya ulduzları da bu cür paylaşımlar edirlər:


"Madonna, Beyons da ona hədiyyə göndərən mağazanı reklam edir.

Müğənni Günay İbrahimli "Reklam edirəm deyə, heç nə deyə bilmirəm. Sonradan başa düşdüm ki, İnstaqramım ticarət mərkəzinə dönüb. Elə olub ki, qonorar ödəyiblər, bir foto paylaşmışam".

Prodüser Təranə Səmədova hər şeyi reklam etməyi düzgn saymadığını bildirib:


"Hara getdilər, nə yedilər maraqlıdır. Amma oxucunu çaşdırırıq. İfrat dərəcəyə çatmaq olmaz. Ən yaxşısı hansıdır? Pula görə hamısına qaçmaq olmaz".

Xalq artisti Faiq Ağayev "Normaldır, bütün dünyada qəbul olunmuş təcrübədir" söyləyib.

Müğənni Natavan Həbibi reklamlara ciddi yanaşdığını deyib:


"Sevmədiyim, istifadə etmədiyim malı reklam etmirəm. Aldatma məsələsinə diqqətlə yanaşıram".

Əməkdar artist Manana "Uşaqlarımı göstərməyi istəyəndə belə, oturub fikirləşirəm ki, necə təqdim etmək olar? Elə-belə təqdimat sevmirəm" deyə, açıqlama verib.

Müğənni Elçin Cəfərov heç nəyi reklam etmədiyini bildirib.

Əməkdar artist Tünzalə Ağayeva heç bir paylaşımı pulsuz etmədiyini deyib. O, paylaşdığı hər şeyə görə qonorar aldığını etiraf edib:


"Mən bir qarın yeməyə yaşayan artistlərdən deyiləm. Restorandan yemək şəkli qoyub, pulsuz yeyib-içirlər".axsam.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar