Manevr.az lent.az-a istinadən xəbər verir ki, aparıcı bildirib ki, Manaf ondan inciyib:
"Gözünüz aydın, Manaf məndən də küsüb. Manaf, sənin üçün Vasif deyiləm. Gələrəm Bakıya, üzünə "kislota" töküb səni yanıdıraram.
Sənin haqda pis bir şey yazmamışam. Buradan sənə bəyan edirəm ki, yazdıqlarımı savadlı adama göstər və o sənə düşmən yaxud da dost olduğumu desin. Sən qardaşımsan və məndən üz döndərməyinə razı ola bilmərəm. Elə yaşımdır ki, əziz bildiklərimi itirə bilmərəm. Vaxtı ilə çox itirdim, artıq yetər".
Qeyd edək ki, Manaf Ağayev "Səhər mərkəzi" verilişində həbsxana həyatından sonra bir çox dostlarını sildiyini açıqlamışdı. Sənətçinin həbs olunduğu günlərdə isə Sərxan Kərəmoğlu müğənniyə yazılan tənqidi şərhlərə sosial şəbəkədə belə münasibət bildirmişdi:
Ancaq bəzi səhifələrdə yazılan fikirlərə münasibətim çox pisdir. Manaf özü, ya övladları özbaşına deyildi ki, vətən müharibəsi vaxtı əlinə silah alıb ön cəbhəyə getsin. Bu dövlət qanunlarla idarə olunur və ordumuz düzgün döyüş sayəsində qalib olub. Manafın atılan dırnağı olmayanların əlinə fürsət düşüb, yazın ağzınıza gələni... Manafın ailəsinə isə bu günlərdə dözüm arzu edirəm".