Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Mətanət İsgəndərlinin keçmiş gəlini efirə çıxdı: “Barışmaq istəyirəm”

Tarix: 29-03-2022 09:50     Baxış: 4224 A- / A+
Əməkdar artistin keçmiş gəlini efirə çıxdı: “Barışmaq istəyirəm”
Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana barışıq üçün sənətçiyə növbəti dəfə addım atıb.
Manevr.az xəbər verir ki, "Bizimləsən” verilişində qonaq olan Canana müğənnidən aralarındakı küsülülüyə son qoymalarını istəyib.

"Mətanət xanıma hər zaman hörmətim var, uşaqlarımın nənəsidir. Mən mehribanlıq istəyirəm. Çünki övladlarımın psixologiyası mənim üçün çox önəmlidir. Biz mehriban olaq, uşaqlarım da birlikdə olduğumuzu görüb, sevinsinlər. Hamı ayrılır, qismətdir. Hər kəsin bir tale yazısı var. O demək deyil ki, biz düşmən olmalıyıq. Uşaqlarım yanıma gəlir, Kərimlə danışıram, deyirəm ki, atana söylə bir yerə gedək. Soruşur ki, sən atamı bağışlayırsan? Deyirəm, əlbəttə, düşmən deyilik, sizə görə mehribanıq. Uşaqlar travma alır, bir gün yanımda qalır. Yuxudan oyananda deyir ki, atamı seçəcəm. Deyirəm, yat. Məhkəmədə deyilsən. Şüuraltı o qədər yeridilib ki... İstəmərəm belə olsun. Ancaq sülh və mehribanlıq istəyirəm. Bir yerdə gəzək, ata da var ana da var. Mətanət xanımdan da böyüklük olaraq istəyirəm ki, mehribanlıq olsun. Kiçik olaraq ondan barışıq istəyirəm. Bunu övladlarıma görə edirəm. Ondan heç nə istəmirəm”, - deyə o bildirib.
Qeyd edək ki, Canana Novruz bayramında da Mətanət İsgəndərlidən aralarındakı küsülülüyə son qoymasını xahiş etmişdi.
Xatırladaq ki, M.İsgəndərlinin oğlu Kərim və Canana ötən il boşanıb və üç uşaq atada qalıb. Canana apellyasiya məhkəməsinə müraciət edərək övladlarını qəyyumluğunu alıb. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar