Xəbər lenti
Kənan Fərda ilə Müşfiqə əsəbləşdi : "Həddinizi bilin"

“Mən rejissoram, bazar adamı deyiləm. Mən başlar üçün çəkirəm, boşlar üçün yox”.
Bu sözləri rejissor Kənan M.M. "Hər şey daxil" verilişində qonaq olan aktyorlar Fərda Xudaverdiyev və Müşfiq Şahverdiyev barəsində deyib. Aktyorların sözləri rejissoru özündən çıxarıb:
“Həyatım boyu bir sözü dilimə gətirməzdən öncə o sözün məsuliyyətini daşıya bilib-bilməyəcəyimi düşünmüşəm. Ağzımdan çıxan sözün məzara qədər arxasında durmuşam. Bu daim belə olacaq. Ətrafımdakı insanlar necə biri olduğumu bilir. Heç kəsə tanımadığım halda qiymət verməmişəm. İnsanlara sahib olduğu sənətinə, cinsiyyətinə görə dəyər verməmişəm. Azərbaycanda ilk komediya çəkən rejissorlardan olmuşam. Baxmayaraq ki, tərzim deyil. Həmişə Azərbaycanda çəkilən komediya filmlərini səhifəmdə paylaşmışam. Amma Fərda ilə Müşfiq qardaşımız efirdə məlumatları olmadığı halda, tələsərək “Kənan M.M komediya çəkənləri və izləyənləri boş insan adlandırır” cümləsini işlədiblər. Kiməsə “boş insan” demək mənim əqidəmə yaraşmaz. Bu cür fikirləri səsləndirmək ailəmin verdiyi tərbiyədə yer almayıb. Ayıbdır. Əgər, belə fikir səsləndirmişəmsə, videosunu, səs yazısını gətirsinlər. “Kənan M.M-in çəkdiyi dram filmləri izlənmir, ona görə komediya çəkir” deyiblər. Bəli, haqlısınız. Çünki mənim kimi düşünənlər sizin kimi düşünənlərdən azdır. Mən rejissoram, bazar adamı deyiləm. Mən başlar üçün çəkirəm, boşlar üçün yox. Əgər bu cümləni öz bildiyiniz kimi başa düşürsünüzsə, başın kim, boşun kim olduğuna özünüz qərar verin”.
Fərdanın “Kənanı ciddiyə almayın” sözlərinə isə rejissorun cavabı belə olub:
“Qoyun, məni ciddilər ciddiyə alsın. Qeyri-ciddilərin fikirləri evlərində qalsın. Allah sizə hidayət versin. Bu sözləri Kənan M.M kimi deyirəm. Kənan Mahmudov olaraq isə deyirəm ki, ağıllı olun. Həddinizi bilin, tay-tuşunuz ilə zarafat edin. Sizi yeyə biləcək birini heç vaxt dişləməyin”.big.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər


