Əməkdar artist Ehtiram Hüseynov Dağnıq skleroz xəstəliyindən əziyyət çəkir.
Manevr.az-ın lent.az-a istinadən məlumatına görə, bu barədə 41 yaşlı muğam ifaçısının özü bildirib. O, Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacın dediyi “Ms xəstəsi olmaq o deməkdir ki, bu gün yaxşı olub, sabah pis olursan. Növbəti gün isə yaxşı olub, insanları təəccübləndirirsən”, sözlərini "Instağram" səhifəsində paylaşıb. Ehtiram paylaşıma, “İnşallah mənə də çarə tapılar” sözlərini əlavə edib.
Qeyd edək ki, Dağınıq skleroz - sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur və bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır.
Dağınıq skleroz xronik, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstəliyin başlanmasından 20 il sonra xəstələrin 60%-i sərbəst hərəkət edə bilmir. Çox hallarda xəstəlik ömrün uzunluğuna o qədər də təsir etmir, lakin nadir hallarda xəstəlik çox sürətlə irəliləyir. Klinik müayinələr göstərir ki, xəstələrin MSS-də zədələnmələr əmələ gəlir və bu zədələnmələr zaman keçdikcə səpələnir. Zədələr ocaqlarda olan iltihabi proses nəticəsində yaranan çapıqlardır. Diaqnozun təsdiqlənməsi üçün yeganə bir patoqnomonik test mövcud deyil və xəstənin sağlığında çox nadir hallarda onu təsdiq edən histoloji müayinə mümkün olur.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar