Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Manafdan şok açıqlama: "Mən ayda 1-2 dəfə Füzuliyə gedirəm"

Tarix: 18-02-2022 12:31     Baxış: 4228 A- / A+
Manafdan şok açıqlama:
Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayev Füzuliyə gedərək oradan video paylaşıb. Bu paylaşımdan sonra sosial şəbəkələrdə müğənninin bahalı avtomobillə Füzuliyə səfəri müzakirələrə səbəb olub. Tənqidlərdən sonra M. Ağayev həmin paylaşımını silib.
Manevr.az xəbər verir ki, ötən gün müğəninin Füzuliyə getməsi haqda məsələyə aydınlıq gətirmək üçün azxeber.com Manaf Ağayevlə əlaqə saxlamışdı. 
Müğənni Füzuliyə ayda bir-iki dəfə getdiyini bildirib:
"Mən elə ayda bir dəfə, iki dəfə gedirəm. Nə bahalı avtomobil? Öz maşınımla getmişəm, 4 ildi bu maşın məndədir, gedin ayrı tema tapın".
Açıqlamadan məlum olur ki, bu, Manaf Ağayevin Füzuliyə ilk səfəri deyil. Müğənni bundan əvvəl də Füzulidə olub.
Qeyd edək ki, ötən gün axşam Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov bildirib ki, görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırma zamanı Manaf Ağayevin artıq Bakı şəhərində olduğu müəyyən edilib:
"Müğənni Manaf Ağayev və onun yanındakı vətəndaş polis idarəsinə dəvət olunublar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar.
Bununla bağlı onların izahatları alınıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar