Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Əməkdar artistin villasından 5400 dollar oğurlandı

Tarix: 15-02-2022 17:00     Baxış: 4265 A- / A+


Azərbaycanın Əməkdar artisti, "Maestro" adı ilə tanınan skripkaçı Ceyhun İsmayılovun evindən oğurluq edilib.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü sənətçinin Sumqayıt şəhəri Qurd dərəsi adlanan ərazidəki bağ evindəki seyfdən 5400 dollar oğurlanıb. Belə ki, ötən il iyul ayının 20-də villanın 2-ci mərtəbəsindəki yataq otağındakı seyfdən açar seçmə üsulu ilə xeyli miqdarda pul naməlum şəraitdə oğurlanıb.
Aparılan araşdırmalar zamanı hadisənin "Maestro" Ceyhunun evində bağban və xidmətçi işləyən və həmin evdə yaşayan ər-arvadın Kamal adlı oğlu tərəfindən törədilməsi üzə çıxıb. Məlum olub ki, vaxtaşırı valideynlərinin yanına gələrək onlara kömək edən 1988-ci il təvəllüdlü Kamal Qulamov seyfin yerini öyrənib və açarı əldə edərək Sumqayıtda surətini çıxarıb. O, daha sonra gizli şəkildə yataq otağına daxil olaraq seyfdəki dollar bağlamalarının arasından 5400 dollar götürüb. Kamal izi itirmək üçün bağlamaların hər birindən müəyyən qədər 100lük dollarları götürüb və pulun bir hissəsini banka ödəyərək kreditini bağlayıb.
Bundan sonra xarici ölkəyə səfərə gedən Əməkdar artist seyfdən sənədlərini götürmək istəyərkən dollar bağlamalarının bir qədər nazikləşdiyini görərək pulların oğurlanmasından şübhələnib. O, pulları saydıqda həqiqətən oğurluğun baş verdiyini görüb.
Faktla bağlı Cinayət Məcəlləsinin "oğurluq" maddəsi ilə iş açılıb. İbtidai istintaq zamanı və məhkəmənin gedişində təqsirləndirilən şəxsin ailəsi oğurlanmış pulları geri qaytarıb və Ceyhun İsmayılov Kamaldan şikayətçi olmayıb.
Məhkəmə Kamal Qulamovun 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilməsinə qərar verib və ona elektron nəzarət cihazı təbiq edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar