Xəbər lenti
İlhamə Quliyevanın sərvəti kimlərin əlinə keçib? - Müğənnidən iddialar
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında müğənni Əli Mirəliyev Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyevanın qızının səhhəti ilə bağlı efirə çıxaraq kömək istəməsindən danışarkən deyib. Müğənni bildirib ki, bütün bunların hamısı ictimaiyyətin gözündən pərdə asmaq üçündür:
"Bunlar ictimaiyyətə sübut eləmək istəyir ki, İlhamədən onlara heç nə qalmayıb. Bəs bu boyda pul, bu boyda qızıl-brilyant hara getdi? 2016-ci ildə ölüb İlhamə, 8 ilə bu qədər sərvəti necə xərclədilər? Bəlkə Fəridə Gülbahar Quliyevanın birinci ərindən olan qızıdır, ona görə onu bu sərvətdən kənar ediblər? Bunu da bilmirik. Gülbaharı yaxından tanımıram. Siz elə bilirsiniz ki, özgənin əmlakını yemək yaxşı haldır? Özgənin malını yemək Allah tərəfindən qəbul olunur? Xeyr. Hamısı burnunuzdan gələcək, sadəcə geci-tezi var”.
Əli Mirəliyev təəssüf hissi ilə İlhamə Quliyevanın uşaq doğmadığını, ana olmadığını xatırladıb:
"Qıram-qıram yığıb, ölən kimi də evini tanımayan biri gəlib ona sahib oldu. Və bundan heç də utanmır. Sən İlhamənin evini tanımadığın halda onun sərvətinə necə sahib oldun? Sənə onun evinin yerini biz deyirdik. Bu mənə pis təsir edir. İlhamənin bütün əziyyətini mən və qızım çəkmişik. Axırıncı illərdə xəstə yatdı, qızım saxladı onu. Gözünüzdən gəlsin. Sən Tükəzbanın nəyisən? Tükəzban bizim bibimizdir. Sənin atanın birinci arvadıdır, heç dəxli var? Bunun İlhamə ilə nə əlaqəsi? Sən İlhamə Quliyevanın evini tanımayan ögey bacısı onun sərvətinə necə sahib oldun? Bizi kənara itələdilər, mən qızmla kənarda qaldım. Onun bütün malı-pulu mənim qızımda idi, hamısını ondan aldınız, pulu böldünüz”.
Əli Mirəliyev İlhamə Quliyevanın oğlu Orxan Nadirovun Azərbaycandan getməsi ilə bağlı deyilənlərə də aydınlıq gətirib:
"İlhamə sağ olan ona yüz dəfə dedim ki, Orxanı övlad kimi sənədləşdir öz adına, dünyanın işini bilmək olmaz. Ananın doğma mülkünü ona ver, ailəlidir, uşağı var. Orxan onun anasının evində böyüyüb. Nə olsun sən doğmamısan. Lalə də Orxanı həmin evdə doğub, böyüdüb. Eləmədi, hər dəfə də dedi: "Evi kimsəsizlərə verəcəm”. Gündə bir söz danışırdı. Lapdan getdi həyatdan. Elə ona görə Orxan Azərbaycandan getdi. Orxan yazıq didərgin düşdü, küçələrdə yaşayır. Çıxdı getdi Ukraynaya, day nə qədər söz-söhbət olar, ey”.
Qeyd edək ki, mərhum Xalq artisti İlhamə Quliyevanın ögey bacısı Gülbahar Quliyevanın qızı Fəridə "Bizimləsən" proqramına gələrək səhhəti ilə bağlı yardım istəyib. Artıq çəkidən əziyyət çəkən Fəridə əməliyyatla 60 kilo arıqlayıb. 27 yaşlı xanımın 143 kilo çəkisi olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar